İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan” qəzetinin böyük yanlışı

1465 07.12.2018 11:42 Media A A

Qəzetlərdə, saytlarda daima texniki xarakterli səhvlər gedir. Bəzən ən xırda texniki səhv fərqli yozumlara məruz qalır və siyasi səhvlərə çevrilir. Xüsusilə 100 ildən artıqdır Azərbaycana, qardaş Türkiyəyə düşmənçilik edən Ermənistana münasibətdə daha diqqətli olmaq lazımdır. Bu xüsusda buraxılan səhvlər xalqın, siyasi, diplomatik dairələrin narazılığına səbəb olur.

Məsələn, hamımız bilirik ki, Azərbaycanın əzəli torpağı olan Xankəndidə qurulmuş separatçı rejimin adını mütləq dırnaq işarələri arasında yazmaq lazımdır. Belə etmədikdə bu həmin rejimin yavaş-yavaş legitimləşməsi anlamına gəlir.

Eləcə də Ermənistandan bəhs edən yazıların yanında, aşağısında, yuxarısında Azərbaycanın siyasi xadimlərinin şəkillərini yerləşdirərkən diqqətli olmaq lazımdır ki, yanlış anlaşılmasın.

Belə səhvlərdən biri bu gün rəsmi dövlət qəzeti “Azərbaycan”ın 1-ci səhifəsində buraxılıb. Qəzet “Ermənistan yeni inqilab astanasındadır” başlıqlı yazı verib və bu yazı sırasında Azərbaycan prezidentinin də olduğu MDB ölkələri prezidentlərinin görüntüləndiyi şəkilin altında verilib. Oxucuya elə gəlir ki, bu şəkil həmin yazını müşayiət edir. Bir az da dərinə gedəndə elə çıxır ki, Ermənistanı "yeni inqilabın astanası”na məhz bu şəxslər gətirib.

Əslində isə həmin şəkillə yazının heç bir əlaqəsi yoxdur, bu sadəcə, səhifənin uğursuz dizayn edilməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR