İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru ilə görüşüb

821 20.07.2018 00:00 Son xəbər A A

İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışılıb. Azərbaycanın əhalisinin artdığını qeyd edən prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini qeyd edib.

Söhbət zamanı bu sahədə mövcud təkliflər nəzərdən keçirilib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR