Aygün Kazımovadan jurnalistlərə qarşı hörmətsizlik - Foto
Xalq artisti Aygün Kazımova jurnalistlərə qarşı hörmətsizlik edib.
Musavat.com xəbər verir ki, bu gün "Lider" televiziyasının Milli Parkda Yeni il çəkilişi baş tutub. Tədbirə müğənnilərlə yanaşı mərasimi işıqlandırmaq üçün xəbər portallarının əməkdaşları da qatılıb. Xalq artisti Aygün Kazımovanın gəlişi isə mübahisə yaradıb. Xalq artisti məkana gələn zaman müğənnilər və jurnalistlər üçün nəzərdə tutulan çadırdan media nümayəndələrini çıxarılıb. Havanın soyuq olmasına baxmayaq ifaçı səhnəyə çıxana qədər xalq artistinin fotoqrafından başqa heç biri içəri buraxılmayıb.
Media nümayəndələri etiraz etsələr də, mühafizəçi rolunu oynayan telekanal əməkdaşları bildirib ki, bu, xalq artistinin istəyidir.
Könül İbrahim
Musavat.com






