İnsanlara hürriyət, millətlərə istiqlal!

AXC-nin YARANMASINDAN BU GÜN 20 İL KEÇİR

2022 16.07.2009 08:54 Gündəm A A
AXC hakimiyyətə gələndən sonra bu şəxslərin əksəriyyəti yüksək vəzifələrdə təmsil olunublar.
1989-90, 1990-92 və 1992-93-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. 1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adı alıb. Bu gün Azərbaycanda olan partiyaların bir çoxu AXC bazalı təşkilatlardır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.
Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Xalq Cəbhəsinin 20 illik yubileyi münasibətilə hakimiyyət heç bir tədbir planlaşdırmayıb. AXC ideyalarının davamçıları olan müxalifət partiyalarından isə Müsavat xalqı, xüsusilə də AXC-nin üzvü olmuş bütün insanları bu gün münasibətilə rəsmi təbrik edib. Əsas yubiley törənini isə Klassik Xalq Cəbhəsi Partiyası təşkil edəcək. KXCP bütün partiyaları və vaxtilə AXC-də olmuş tanınmış insanları yubiley günündə bir araya gətirməyi planlaşdırıb. Partiyanın sədri Mirmahmud Mirəlioğlu «Yeni Müsavat»a bildirdi ki, yubiley tədbiri bu gün saat 16:00-da Fəxri Xiyabanda start götürəcək: «Saat 16:00-da Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəyik. Bəyin məzarı başında çıxışlar olacaq. Saat 18?00-da isə »Əcəmi" şadlıq sarayında yubiley törənini davam etdirəcəyik. Yubiley mərasiminə YAP da daxil olmaqla bütün siyasi təşkilatlar rəsmən dəvət olunublar".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR