İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Liqası: Azərbaycanın daha bir klubu mübarizəni dayandırıb

1512 20.07.2018 02:51 İdman A A

"Qəbələ" komandası futbol üzrə Avropa Liqasında mübarizəni erkən dayandırıb.

"Report"un məlumatına görə, "qırmızı-qaralar"ı Avroliqanın I təsnifat mərhələsində Lüksemburq "Proqres"i iki oyunun yekununda üstələyib. Qəbələdəki qarşılaşmada 0:2 hesabı ilə uduzan Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv bugünkü cavab matçında səfərdə qalib gəlib - 1:0. Yeganə qolu 28-ci dəqiqədə Stiven Monroz vurub. Lakin bu qol mərhələ adlamaq üçün yetərli olmayıb. Üstəlik, "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə 79-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Beləliklə, Azərbaycanın Avroliqadakı 3 təmsilçisindən 2-si elə ilk cəhddəcə yarışla vidalaşıb. Daha əvvəl "Keşlə" Malta "Baltsan"ını üstələyə bilməyib - 1:4, 2:1. Hazırda Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt" və "Neftçi" komandaları üz-üzə gəlib. Hesab 2:0 meydan sahiblərinin xeyrinədir. İlk görüşdə "Neftçi" qalib gəlib - 3:1.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları

21:30. "Proqres” (Lüksemburq) – "Qəbələ” (Azərbaycan) - 0:1

Qol: Stiven Monroz, 28
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 79 ("Qəbələ")

Baş hakim: Kit Kennedi

Baş hakimin köməkçiləri: Stiven Donaldson, Kristian Hanna

Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)

Hakim-inspektor: Milan Karadjiç (Serbiya)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Differdanj. Munisipal şəhər stadionu

İlk oyun – 2:0

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR