İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün qoroskopu: ulduzlar sizi sevindirəcək

5138 29.12.2016 04:10 Astrologiya A A
QOÇ - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Bir tərəfdən maddi durumunuzda baş qaldıran problemlər, digər tərəfdənsə müttəfiqlərinizin başısoyuqluğu hiddətinizi artıra bilər.

BUĞA - Vaxtınızın əsas hissəsini məhəbbət amilinə həsr edin. Çünki ulduzların düzümü son vaxtlar sevdiyinizə qarşı soyuqluq etməyinizi bəyan edir. Bu qüsuru aradan qaldırmağa çalışın.

ƏKİZLƏR - Bayrama bir neçə gün qalsa da, əsas gücünüzü istirahətə həsr edin. Hər hansı sövdələşmə və ya riskli addımlar mövqeyinizi əks etdirməyəcək. Ən yaxşı variant ürəyinizə yaxın adamlara baş çəkməkdir.

XƏRÇƏNG - Əvvəlki üç bürclə müqayisədə ulduzlar sizi daha çox sevindirəcək. Saat 13-dən sonra bir neçə sürprizlə rastlaşacaqsınız. Odur ki, evdə boş-boşuna oturmayın. Sevin ki, seviləsiniz.

ŞİR - Yeni əlaqələrə başlamağa dəyər. Əgər gələcək perspektivlərinizə yetişmək istəyirsinizsə, boş dayanmayın. Onu da unutmayın ki, nəzərdə tutduğunuz planlara mane olmaq istəyənlər çoxdur.

QIZ - Saat 14-ə qədər hisslərinizi cilovlayıb mübahisəli situasiya yaratmasanız, sonrakı müddəti qənaətbəxş tərzdə başa vura biləcəksiniz. Çoxdan bəri gözlədiyiniz xəbərlər eşidəcəksiniz.

TƏRƏZİ - Yeni əməkdaşlıq üçün uğurlu vaxtdır. Ailə-sevgi münasibətlərində də hər şey zövqünüzlə uyğunluq təşkil edəcək. Günün ikinci yarısında şəxsi büdcənizin artacağı ehtimal olunur.

ƏQRƏB - Qərarlarınızda qətiyyətli olsanız, hansısa ciddi maneəyə rast gəlməyəcəksiniz. Bu gün kimisə aldatmağa çalışmayın. Günortadan sonra pul sövdələşmələrində iştirakınız uğurlu olacaq.

OXATAN - Əvvəlki bürclərlə müqayisədə bu gün yalnız sizin üçün uğurlu səyahətlər gözlənilir. Gərginliyi azaltmaq üçün bu, ən yaxşı vasitələrdən ola bilər. Qazanmaq üçün şansınız da var.

OĞLAQ - Gün ərzində qarşılaşacağınız hadisələrin aqibəti çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Odur ki, reallığa obyektiv qiymət verməyə çalışın. Nəzərə alın ki, gün ərzində Ay bürcünüzdə olacaq.

SUTÖKƏN - Şəxsi işlərinizdə böyük dönüş yaranmaqdadır. Bu səbəbdən də əzmkarlığınızı artırmağa çalışmalısınız. Qohum-qonşularla münasibətləri yaxşılaşdırmağa səy göstərin. Mülayim davranın.

BALIQLAR - Yeni əlaqələrə başlamaq, işgüzar sövdələşmələri artırmaq gələcək perspektivləriniz üçün səmərəli ola bilər. Həmkarlarınızla dil tapın, gecəni isə mütləq öz evinizdə keçirin.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR