İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün qoroskopu: Şəxsi işlərinizdə dönüş gözlənilir

5330 28.12.2016 05:47 Astrologiya A A
QOÇ - İşlərinizə mane olan bədxahlara qarşı tədbirli olun. Bu təqvimdə həmkarlarınıza da çox bel bağlamayın. Əgər bu gün işləməsəniz, mənfi çalarlı heç bir hadisə baş verməyəcək.

BUĞA - Yeni il yaxınlaşdıqca öhdəlikləriniz də artmaqdadır. Ətrafınızda olanlara biganə yanaşmayın. Sizə ehtiyac duyanlara mərhəmət göstərin. Şəxsi işlərinizdə dönüş gözlənilir.

ƏKİZLƏR - Ailədaxili məsələlərə təmkinlə yanaşsanız, mənfi enerjili qüvvələr sizi yoldan döndərə bilməyəcək. Bugünkü təqvimdə maddi rifah halınızın yüksələcəyinə də inam bəsləyin.

XƏRÇƏNG - Ən düşərli zaman kəsiyindən məhz siz keçəcəksiniz. Sevindirici xəbərlər, perspektivli təkliflər ovqatınıza müsbət təsir göstərəcək. Sevgi amili isə daha ön plana çəkiləcək.

ŞİR - Özünüz şərait yaratmasanız, kimsə işlərinizə müdaxilə etməyəcək. Pulla bağlı sövdələşmə və planların heç birini təxirə salmayın. Axşama doğru maraqlı insanlarla görüşəcəyiniz də mümkündür.

QIZ - Ailə-sevgi münasibətlərinə həssas yanaşsanız, qarşınızı kəsən digər maneələri asanlıqla dəf etmək imkanı qazanacaqsınız. Şəxsi büdcənizi mənasız məsrəflərə xərcləməyin.

TƏRƏZİ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi neytral şəkildə ötürəsiniz. Hansısa qeyri-adiliklərə, risklərə getməyin. Sağlamlığınıza isə xüsusi diqqət yetirin. Sövdələşmələrdən yayının. 

ƏQRƏB - Ümumi ovqatınızda müəyyən natarazlıq olsa da, bunun səbəbi insanlardan yox, təbiətin pozulmuş ahəngindən irəli gəlir. Buna baxmayaraq, ulduzlar perspektivli təkliflər alacağınızı göstərir.

OXATAN - Gərgin bir gün yaşaya bilərsiniz. Orqanizminizdə baş qaldıran nasazlıq və qarşılıqlı münasibətlərdə gərginlik sizi yora bilər. Nəzərə alın ki, saat 19:11-ə qədər mənfi enerjili Ay bürcünüzdədir. 

OĞLAQ - Astroloji göstəricilər soyuqdəymə halları ilə rastlaşacağınıza işarə edir. Qalın geyinməklə bahəm, qida və yuxu rejiminə də fikir verməlisiniz. İndi “hakim” bürc olduğunuzu unutmayın.

SUTÖKƏN - Bayram ovqatlı bu gözəl təqvim sizin üçün ən düşərli ərəfə olacaq. Narahat olmağa heç bir səbəb yoxdur. İstənilən sövdələşmədə iştirakınız uğurlu olacaq. Uzaq səfərə çıxmağa dəyər.

BALIQLAR - Daxili sıxıntılarınıza biganə yanaşmayan Göy qübbəsi bu təqvimdə qayğınıza qalacaq. Sizsə öz növbənizdə başqalarının işinə qarışmamalı, yalnız öz problemlərinizlə məşğul olmalısınız.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR