İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün qoroskopu: Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın

6598 18.10.2016 05:46 Astrologiya A A
Qoç -  aktiv və praktik olun. Cari məsələləri həll edin, uzunmüddətli planlar qurun. Yeni ideyalar sadə olmalıdır ki, onları reallaşdırmaq çətinlik yaratmasın.

Buğa - yüksək zövq, qüsursuz davranış, həssaslıq və qayğıkeşlik bu gün əsas məziyyətləriniz olmalıdır. Romantik görüş zamanı əks tərəfdə xoş təəssürat yaradacaqsınız.

Əkizlər - peşəkar fəaliyyət müstəvisindəki məsələlərin həlli, işgüzar görüşlər, karyeranızın inkişafının asılı olduğu insanlarla təmaslar üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Orada həmfikir və müttəfiqlə yanaşı, yeni dost tapa bilərsiniz. Yeni tanışlıq uğurlu olacaq.

Xərçəng - işdə qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Günün maliyyə fonu əlverişlidir. Nəzərdə tutmadığınız gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək olar. Pulu məntiqli şəkildə xərcləsəniz, çoxlu pozitiv emosiyalar alacaqsınız.

Şir - önəmli, məsuliyyətli, amma o qədər də çətin olmayan gündür. Nəyi niyə etdiyinizi anlayın. Fəaliyyət istiqamətini intuisiyanız göstərəcək. Yaşamınızdan şikayətlənməyin. İşdə həmkarlar və rəhbərliklə münasibətlərinizin harmonik olmasına çalışın. Sizi təxribata çəkən yaramaz, ləyaqətsiz insanın felinə düşüb emosional davranmayın.

Qız - şəxsi münasibətləriniz daha harmonikdir. Yanınızda olanların sizə rəğbəti böyükdür. Nikbin olun, ruhdan düşməyin. Axşam saatlarında sizi xoş sürprizlər gözləyir.

Tərəzi - sizə əsla maraqlı təsir bağışlamayan işlərlə məşğul olmaq məcburiyyətindəsiniz. Əyləncə və istirahət planlarını təxirə salın. Niyyətlərin ertələnməsi sizi qıcıqlandırmamalıdır. İşdə rəhbərliklə münasibətlərdə çətinliklər yarana bilər. Üsyankar əhval-ruhiyyənizi cilovlayın, vəzifəcə sizdən böyük olanlarla aşkar qarşıdurmaya başlamayın.

Əqrəb - karyeranızda irəliləyiş ola bilər. Yeni işə başlayıbsınızsa, həmkarlarla asanlıqla dil tapacaqsınız. İctimai və siyasi proseslərə marağınız artırsa, bunun sonrasındakı hadisələrə hazır olun. Diqqət mərkəzində olacaqsınız.

Oxatan - rəğbətini qazanmaq istədiyiniz insanlarla görüşmək üçün əlverişli zamandır. Danışdığınız şəxslərdə özünüzlə bağlı xoş hisslər yaratmağa çalışın. Yeni, maraqlı tapşırıqların alınması, sifarişlərin əldə olunması istisna deyil.

Oğlaq -  səfər və səyahətlər üçün münasib gündür. Harada olsanız da, özünüzü naqolay, narahat hiss etməyin. Kiçik çətinlikləri və problemləri nəzərə almayın. Pozitiv emosiyalar daha çox olacaq.

Dolça -  sizə sürətlə rəğbət bəsləyəcəklər. Yaşamınızda əhəmiyyətli dəyişikliyə səbəb ola biləcək hadisə yaşanacaq.

Balıqlar - yaddaqalan, qeyri-adi gündür. Fantaziyanızı, təxəyyülünüzü işə salın. İstənilən problemin həllinə, işin görülməsinə yaradıcı yanaşın. Qərarlarınız və əməllərinizin bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirəcək, hətta şoka salacaq.(Milli.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR