İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün qoroskopu: nicatı sevgidə arayın

5313 16.01.2017 04:35 Astrologiya A A
QOÇ - Aldığınız yeni və gözlənilməz təkliflərdən imtina etməyin. Çünki ulduzlar bu istiqamətdə böyük perspektivdən xəbər verir. Daşınmaz əmlak alqı-satqısında isə qətiyyən iştirak etməyin.

BUĞA - Qarşınızda elə bir gün durub ki, ən azı ötən iki ayda dondurulan əksər planlarınızı reallaşdırmaq imkanı qazanacaqsınız. Təbii ki, bu istiqamətdə aktivliyinizi də artırmalı, tərəfdarlara güvənməlisınız.

ƏKİZLƏR - Yaxşı olar ki, dostlarınızı imtahana çəkəsiniz. Çünki indi onların əksəriyyəti sizdən sui-istifadə edir. Aldanmamaq üçün bunu etməlisiniz. Əsəblərinizi qorumaq istəyirsinizsə, təbiət qoynunda gəzinməyə  dəyər.

XƏRÇƏNG - Ulduzlar bildirir ki, bu gün yeni əlaqələr və maddi dirçəliş sizi məmnun edəcək. Səfərə çıxdığınız təqdirdə isə hündür yerlərə qalxmayın. Bu tarixdə qidanıza da fikir verin. Sevgi münasibətlərini isə arxa plana keçirməyin.

ŞİR - Əksər Zodiak işarələrində olduğu kimi bu gün sizin üçün də əhəmiyyətli gündür. Yeni əlaqələr, iş təklifləri, büdcədə qismən də olsa artım, sizi sevindirəcək. Üstəlik, səhhətiniz də normallaşacaq.

QIZ - Əgər zərdüştilərin dediyi "xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl" prinsipinə sadiq qalsanız, saat 12-dən etibarən hər mənada uğurlarınız artacaq. Yeni iş təkliflərinə başdansovdu yanaşmayın.

TƏRƏZİ - Bu şaxtalı təqvimdə əsas enerjinizi qarşınızda duran vəzifələrin icrasına yönəltməlisiniz. Hər hansı lovğalıq və ya məsuliyyətsizlik sizi gözdən sala bilər. Saat 15-17 arası müqəddəs yerləri ziyarət edin. 

ƏQRƏB – Bu gün sübut etməlisiniz ki, astroloqların sizin haqqınızda söylədiyi “əsəbi adam” fikri səhvdir. Bu mənada dedi-qoduya, məhəlli qeybətlərə əhəmiyyət verməyin. Əliniz hər yerdən üzüləndə isə nicatı sevgidə arayın. 

OXATAN - Təmkinli olmağı bacarsanız, saat 14-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Fəaliyyət yönümündə və maddi irəliləyişdə zaman xeyrinizə işləyəcək. Amma siyasi qovğalardan uzaq olmalısınız.

OĞLAQ - Münasibətlər konteksində ciddi redaktələr etməyinizə böyük ehtiyac var. Ulduzlar məsləhət görür ki, ilk növbədə qarşı tərəfə güzəştə gedəsiniz. Çünki sizin xilasınız ədalətli olmaqdan keçir.

SUTÖKƏN - Günün ilk yarısı süst keçməsin deyə həmin ərəfədə darıxdığınız adamlarla görüşməyiniz vacibdir. Bir anlıq bütün qayğılarınızı unutmalısınız. Sonrakı müddətdə isə fəaliyyət müstəvisində böyük uğurlara yetişəcəksiniz.

BALIQLAR - Gün ərzində üzərinizə düşən başlıca vəzifə ailə-sevgi münasibətlərini tənzimləməkdir. Digər məsələləri arxa plana salmaq da olar. Bunu bacardığınız təqdirdə digər işləriniz də qaydasına düşəcək.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR