İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün qoroskopu: Əzm göstərin

6979 01.11.2016 07:25 Astrologiya A A
QOÇ - Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə, cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız.

BUĞA - İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.

ƏKİZLƏR - Göy qübbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayacaq. Səfərə çıxmayın.

XƏRÇƏNG - Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə, uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan olduqca əlverişlidir.

ŞİR - Hiss olunur ki, səhhətiniz ürəkaçan deyil. Lakin narahatçılığa əsas yoxdur. Çünki bütün hallarda həkim əlinə düşməyəcəksiniz. Nahardan sonra şad xəbər eşidəcəyinizə inanın.

QIZ - Maliyyə problemlərinizin artması ümumi ovqatınızda mənfi çalarlar yaratmaqdadır. Azacıq səbr edin, yaxın vaxtlarda kisəniz ağırlaşacaq. Əsas diqqəti münasibətlərə yönəldin.

TƏRƏZİ - Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərəfə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sındırmağa dəyməz. Sizi gözləyənləri şad edin.

ƏQRƏB - Axşam saatlarına qədər mənfi enerjili Ay bürcünüzdə olduğundan fəaliyyətinizdə bəzi neqativliklər ola bilər. Əzm göstərin ki, nəticə uğurlu olsun. Axşam ürəyinizə yaxın simsarlarınıza baş çəkin.

OXATAN - Təxminən saat 14-ə qədər özünüzü gərgin situasiyalardan qorumağa çalışın. Sonrakı ərəfədə sevindirici xəbər eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

OĞLAQ - Qarşınızda füsunkar bir təqvim var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünki gözlənilməz sürprizlər yolunuzu gözləyir. İstənilən ikitərəfli əməkdaşlıq uğurludur.
SUTÖKƏN - Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözlə baxın. Enerjinizi daha çox sevgidən alın.

BALIQLAR - Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Amma onların arasında bir neçəsi ovqatınızı aşağı salmağa çalışa bilər. Bu səbəbdən uzaqgörən və dözümlü olun.


Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR