İnsanlara hürriyət, millətlərə istiqlal!

Astronomlar bir günün 25 saat olacağını iddia ediblər - Video

2128 08.12.2016 03:33 Astrologiya A A
Britaniyanın Darem universitetinin astronomları iddia edirlər ki, Yer kürəsində nə vaxtsa bir gün 24 yox, 25 saat olacaq. 

Musavat.com "Sky News"-a istinadən xəbər verir ki, astonomlar bu qənaətə bizim eradan əvvəl 720-ci ildən 2015-ci ilə qədər olan dövrdə günəş və ay tutulmasını öyrəndikdən sonra gəliblər. Alimlərin sözlərinə görə, planetin öz oxu ətrafında fırlanması ləngiyir.

Lesli Morrisonun başçılıq etdiyi alimlər qrupu qədim Misirin, Vavilonun, antik Yunanıstanın, orta əsr Avropasının və Amerika hindularının o dövrlərdə günün uzunluğu barədə verdikləri məlumatları araşdırıblar.

Araşdırmalar nəticəsində Britaniya alimləri Yer planetinin fırlanma sürətini öyrəniblər. Onlar bildiriblər ki, hər yüz ildən bir Yer kürəsi öz oxu ətrafında tam dövrə vurarkən 1.8 millisaniyə ləngiyir. Buna görə də onlar gələcəkdə hansısa bir günün 25 saat olacağını qeyd ediblər.


Aygün,
Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR