İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA sessiyasından çıxan ən mühüm nəticə

1250 02.02.2015 08:25 Son xəbər A A

Məsələ müzakirəyə və səsverməyə çıxarıldı. Səsvermədə AŞPA üzvü olan bir sıra ölkələrin nümayəndə heyətlərinin mövqeyi isə yeni müzakirələrə yol açdı. Belə ki, Azərbaycan nümayəndə heyətinin Rusiyaya qarşı qətnamənin əleyhinə səs verməsi, həmçinin Türkiyə nümayəndə heyətinin Rusiyanı müdafiə etməsi, Rusiyanın forpostu Ermənistanın nümayəndə heyətinin isə bitərəf qalması maraqlı mənzərə yaradıb.  

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, AŞPA-da Rusiya ilə bağlı səsvermədə Ermənistanın Rusiyanı dəstəkləməyib bitərəf qalması işğalçı ölkənin tərəddüd etməsi ilə bağlıdır: “Son zamanlar Azərbaycan-Türkiyə-Rusiya üçbucağında yaxınlaşma baş verir. Bu yaxınlaşmanın fonunda Ermənistan narahatlıq keçirir. Ermənistan Avrasiya İttifaqına girməklə iqtisadi qazanclar əldə etmək və təhlükəsizlik sistemini birmənalı qaranta bağlamaq istəyirdi. Ancaq bunların heç biri olmadı. 

Əksinə, Ermənistanın milli valyutası olan dram Rusiya rublu ilə paralel ölməkdədir, Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşır. Belə vəziyyətdə və üstəlik də Gümrüdə bir rus əsgərinin erməni ailəni məhv etməsi fonunda Ermənistan toplumunda anti-Rusiya ovqatı yaranıb. Cəmiyyət bir daha əmin oldu ki, Ermənistanın inkişaf perspektivi Rusiyaya bağlı deyil. Belə bir ovqat Ermənistan nümayəndə heyətinin AŞPA-da Rusiyanı dəstəkləməməsinə təsir edib. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan nümayəndə heyətinin tərkibində həqiqi mənada müxalif fikirli insanlar da var və onlar gələcəyi Rusiya ilə görmürlər. Ona görə AŞPA-da Rusiyanın əleyhinə çıxmasalar belə, bitərəf olmaqla mövqelərini nümayiş etdirmiş oldular”.


Ekspertin sözlərinə görə, əslində Azərbaycan nümayəndə heyəti, əsasən də heyətin rəhbəri Səməd Seyidov nümayiş etdirdiyi mövqe ilə Qərbdə ölkəmizlə bağlı pis təəssürat yaratmış olublar: “Azərbaycan nümayəndə heyətinin içərisində bir nəfər də olsun müxalif mövqeli deputat yoxdur. Ona görə də tam tərkibdə hakimiyyətdən gələn göstəriş əsasında Rusiyanın xeyrinə səs verdilər. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA-dakı çıxışı isə çox böyük təəssüf yaratdı. ”Avropa Şurası Rusiyasız dağılar" kimi məsuliyyətsiz bir bəyanatın verilməsi az sonra Rusiyanın özünün atdığı addımla heçə endirildi - Rusiya nümayəndə heyəti sessiyanı tərk elədi və Avropa Şurasından çıxacaqlarını bəyan etdi. Bununla Səməd Seyidovu gülünc durumda qoymuş oldular. Bəlli oldu ki, Azərbaycan nümayəndə heyəti Bakıdan verilən göstəriş əsasında Roma papasından daha çox katolik olmaq istəyib. Bu mənzərə, açığı, çox acı təəssürat yaratdı. 

“Azərbaycanın Rusiyanı dəstəkləməsi öz gələcəyini Moskvaya bağlamaq anlamına gəlmir...”


Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü müdafiə edən mövqe ortalığa qoyub. Ancaq bu dəfə Rusiyanı müdafiə etdi. Bakı bununla Rusiyadan nə qazanacaq? Bu qədər Rusiyaya yaxınlaşma müqabilində Dağlıq Qarabağ problemində hər hansı irəliləyiş, Azərbaycanın xeyrinə Moskvanın bir addımını görürsünüzmü? Ona görə də Azərbaycan AŞPA-da o cür mövqe sərgiləməklə dünya güclərində belə təəssürat yaratdı ki, birmənalı olaraq Rusiyanın orbitinə keçmək üzrədir. Dünya güclərində, xüsusilə də Qərbdə belə təəssüratın yaranması Azərbaycanın zərərinədir".

N.Miri bildirdi ki, Azərbaycan prezidentinin Avropa Birliyinin önəmli ölkəsi Almaniyaya səfərinin, Azərbaycanın Avrointeqrasiya xəttində olduğunun bəyan edilməsinin fonunda AŞPA-da nümayəndə heyətinin ortaya qoyduğu mövqe heç də anlaşılan olmadı: “Belə ehtimal etmək olar ki, yaranmış vəziyyətdə hakimiyyət Rusiyanın ölkəmizə mümkün təhlükəsinin qarşısını almaq üçün bu addımı atıb. Bu, əslində gələcəyi Rusiya ilə bağlamaq anlamı daşımır. Artıq Belarus və Ermənistan belə, Rusiyaya alternativ axtarışına başlayıb. Belə bir vəziyyətdə inandırıcı deyil ki, Azərbaycan dövləti üzünü birmənalı şəkildə şimala tutub”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR