İnsanlara hürriyət, millətlərə istiqlal!

Aprel döyüşlərində şəhid olan Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək

2265 26.06.2018 18:19 Son xəbər A A

Sabah şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək.

Musavat.com xəbər verir ki, təqdimat 27 iyun 2018-ci il tarixdə saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

2016-cı ildə aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filmi nümayiş etdiriləcək.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, “Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cl ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

Məlumat üçün bildirək ki, Raquf İbrahim oğlu Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunda anadan olub. Aprelin 2-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

26 il Azərbaycan silahlı qüvvələrində xidmət edən Raquf Orucov "Murov qartalı" ləqəbi ilə tanınırdı.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR