İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anam dua etdi və bacımdan 2 ay əvvəl öldü” – Nüşabə Ələsgərli ailəsindəki faciədən DANIŞDI – VİDEO

1458 20.04.2018 13:45 Şou-biznes A A

ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti ekspert qonağı müğənni Nüşabə Ələsgərli olub.

Məşhur müğənni proqramda anası və bacısının dünyalarını dəyişməyindən danışıb:

“Hər kəsə öz anası şirindi. Anam öləndən sonra dünyam dəyişdi. Ondan 2 ay sonra da bacım rəhmətə getdi. Onkoloji xəstə idi. Böyük bir stress yaşadım. Amma insanları sevməyi mənə anam öyrədib. Anam hər şeyim idi. Ailədə 5 uşaq idik. İndi 4 uşağıq. Bacımın uşaqlarına da köməklik edirəm. Anam bacımın rəhmətə getməsini görmədi. Anam bacımın xəstə olduğunu biləndə sağlam idi. Anam əllərini açıb göyə dedi ki, Allah, sən mənə balamın pis gününü göstərmə. Sağlam qadın bacımdan 2 ay əvvəl rəhmətə getdi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR