İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ seçkiləri - qanunlar və ənənələr ayaq altında - təhlil

3339 29.09.2016 15:00 Analitika A A
ABŞ tarixində ən qəribə seçki prosesinin yaşandığını qeyd etsək,  yanılmarıq.

Görünən odur ki, ABŞ-ın hər iki hakim partiyasının prezident olaraq irəli sürdüyü namizədlər nə siyasi elitaların, nə də cəmiyyətin ürəyincə deyil.

Musavat.com bununla bağlı xarici mətbuatda dərc edilən analitik fikirləri təqdim edir.

Siyasi təhlilçilərə görə, Donald Tramp və Berni Sandersin uğurları siyasi isteblişment (hakim dairə, siyasi elita-red.) və partiya bürokratiyasının iflasını nümayiş etdirir. Hər halda ABŞ siyasətində bir şeylərin qırıldığını söyləmək olar. 

ABŞ seçki sistemi  həmişə müəyyən balansın və bu balans çərçivəsində siyasi güclərin tarazlığı prinsipinə əsaslanıb.

ABŞ siyasi sisteminin ilk ölçüsü “elita-cəmiyyət” oxu üzərində qurulub. Bir tərəfdən ABŞ konstitusiyası prezidentə geniş səlahiyyətlər verməklə bərabər, onu hakimiyyəti qəsb etməsi yolunda bütün arzularının üstündən xətt çəkən nəzarət mexanizmlərini müəyyən edib. Digər tərəfdən isə oxlokratiyanın (“qara camaat”ın) hakimiyyətindən qaçınılması üçün hər şey nəzərdə tutulub.

Картинки по запросу us society

Məhz bu səbəbdən hətta ümumi səsvermə hüququnun verilməsinə rəğmən siyasi elitalar ali dövlət postlarına namizədlərin seçilməsi prosesinə ciddi təsir etmək imkanları əldə ediblər.
Bu elitalar və cəmiyyət arasında sazişin əsas elementini göstərir: isteblişment cəmiyyətin maraqlarını güdə biləcək xadimlərin siyasətə gəlməsini təmin edir. Sonuncu isə öz növbəsində elitar dairələrə siyasi sistemdə mümkün ifrat cərəyanların önünün kəsilməsi, xüsusilə populist siyasətçilərlə mübarizə üçün müəyyən mexanizmləri əldə tutmasına icazə verir.

Bu cür mexanizmlərdən biri də ilkin seçkilər sistemidir. 

Demokrat partiyasında elitar sabitləşdirici rolunda “superdeleqatlar”  mühüm rol oynayır. Superdeleqatlar (Demokrat partiyasının qurultayına ilkin seçkilərdə seçilmədən üzv olan şəxslər. Bunlar qubernatorlar, senatorlar, Nümayəndələr Palatasının və ştat legislaturalarının üzvləridir-red.) qurultay üzvlərinin 15%-ni təşkil edir. Bu sistem partiyanın yuxarı təbəqəsinə prezidentliyə namizədin müəyyənləşdirilməsində təsir göstərməyə imkan verir.

Картинки по запросу democratic party convention 2016

Respublikaçılar partiyasında isə superdeleqat sistemi yoxdur. Lakin burada üzvlərin intizamı və yuxarı elitanın maliyyə axınlarını idarə etmək və bölüşdümək imkanı cəmiyyətin nüfuzlu təbəqələrinə partiyaya təsir emtək üçün güclü rıçaqlar verir.

Sistemin fəaliyyətinin digər prinsipi isə reputasiyadır. Bütün siyasi xadimlər siyasi karyeraları boyunca öz prinsiplərinə sadiq qalmağa borcludurlar. “Reputasiya təmizliyi”, “sözündən qaçmamaq”, “bütövlük” kimi siyasi mühakimələr ABŞ siyasət əxlaqının ayrılmaz tərkib hissələridir.

Reputasiya institutu isə hər şeydən öncə siyasi prosesləri daima diqqətində saxlayan, siyasətçinin fəaliyyət dinamikasını izləyən, onun mövqeyindəki ani dəyişiklikləri dərhal müəyyən edən və bu dəyişikliyin səbəbləri barədə onu dərhal cavab verməyə məcbur edən kütləvi informasiya vasitələri ilə təmin edilir.

Картинки по запросу US media

Beləliklə, hər bir ABŞ siyasətçisi həm elitaların və seçicilərin iradələri arasında balansı qorumalı, həm də öz prinsip və dəyərlərinə sadiqliyini mühafizə etməlidir. Partiya və KİV  isə siyasətçinin elita və cəmiyyətlə arasında əlaqəsinin qurulmasının mexanizmi rolunda çıxış edir.

Bu sxem ABŞ siyasi həyatında olduqca müvəffəqiyyətlə işləyib. Elitaların sevimlisi olsa da, cəmiyyət tərəfindən dəstək görməyən,  ya da əksinə, xalqdan böyük dəstək görməsinə rəğmən elitalar tərəfindən qəbul edilməyən siyasətçilər federal səviyyədə boy göstərə bilməyiblər.

Partiyaların digər funksiyası cəmiyyətin istəklərinə dərhal reaksiya verməyi bacaran və seçicilər tərəfindən böyük dəstək görən “yeni sifətlər”lərin ortaya çıxarılmasından ibarətdir. KİV isə həmin namizədlərin cəmiyyətin və elitaların mühakiməsinə buraxılması funksiyasını öz üzərinə götürür.

Bunun ən böyük örnəyi ABŞ-ın indiki prezidenti Barak Obamadır. 2008- ci ildə həmin dövrə qədər sadəcə Senat üzvü olan Barak Obama prezidentliyə namizədliyin irəli sürəndə heç kim onun qələbəsinə inanmırdı. Hər kəs Hillari Klintonun qalib gələcəyinə əmin idi.
Lakin Obamanın Ayovada keçirilən ilkin seçkilərdə qələbə qazanması həm demokratik isteblişmentin, həm də superdelaqatların diqqətini ona yönəltdi və Klintonların böyük müqavimətinə rəğmən Obama Demokrat partiyasından vahid namizəd ola bildi.
 Sonrakı nəticə isə artıq məlumdur. Beləliklə, partiya həmin dövrdə çeviklik və siyasi situasiyaya vaxtında reaksiya vermək qabiliyyətini göstərə bildi.

Картинки по запросу barack obama 2008

Eyni situasiya 2012-ci ildə Respublikaçılar partiyasında yaşandı. Həmin vaxt Donald Tramp siyasi səhnəyə atıldı və hətta seçicilərdən böyük rəğbət gördü. Lakin Trampın Obamanın anadan olduğu yer və vətəndaşlığı barədə söylədiklərinin yalan çıxması onun nüfuzuna ziyan vurdu və milyarder seçki kampaniyasını vaxtından qabaq tərk etməli oldu. Nəticədə isə vahid namizəd olaraq Mitt Romni təsdiqləndi.

Bu il isə bütün bu yuxarıda bəhs edilən sistem böyük sarsıntıya məruz qalıb.
Tramp əvvəlki illərdən daha çox yalan danışmasına rəğmən reytinqini yüksəltdi və respublikaçıların praymerizində böyük üstünlüklə qalib gəldi. Respublikaçı elitanın sevimliləri sayılan Ceb Buş və Mark Rubio kimi namizədlər isə böyük maliyyə dəstəyinə rəğmən yarışdan kənarda qaldılar.

Картинки по запросу trump 2016

Demokrat partiyasında işlər daha qarışıqdır. Klintonlar fondu ilə bağlı problemlər, Hillari Klintonun  yazışmalarında (o cümlədən məxfilik xarakteri daşıyan) müdafiə olunmayan serverlərdən istifadə etməsi, ilkin seçkilərdə partiya bürokratiyası tərəfndən qərəzli və qanundankənar müdafiə olunması, və nəhayət, sağlıq problemlərinin cəmiyyətdən gizli saxlanılması xanım Klintonun reputasiyasına ciddi xələl gətirib.

Картинки по запросу hillary clinton 2016

Beləliklə, ABŞ tarixində ilk dəfə prezident kreslosu uğrunda neqativ reytinqləri pozitivdən qat qat yuxarı olan iki namizəd yarışacaq. Onların hər ikisi səhv və yalan üstündə dəfələrlə tutulublar. Hər iki namizədin etika ilə bağlı “çevik təsəvvürlər”i var. 

Üstəlik, namizədlərdən biri ümumiyyətlə siyasi təcrübəyə malik deyil və hələ də ABŞ-ın əlində nüvə silahı olmasına rəğmən ondan niyə istifadə edə bilmədiyini anlamır. Digər namizədlə bağlı isə olduqca təcrübəli olmasına rəğmən sağlıq vəziyyəti barədə ciddi şübhələr mövcuddur.

 Belə görünür ki, sistem çökmək təhlükəsi ilə üz-üzə qalıb. Partiyalar və mətbuat namizədləri adekvat olaraq dəyərləndirməyib və onları seçkilərin ilkin mərhələsində kənarda qoya bilməyib. Həm demokratların, həm də respublikaçıların elektoratının mühüm bir qismi olduqca məyus vəziyyətdədirlər.

Bu səbəbdən siyasi analitiklərin gəldiyi rəyə əsasən bu cür aşağı reytinqə malik namizədlərin ölkədə ciddi islahatlar aparmaq üçün resursları olduqca azdır. Siyasi müşahidəçilər Ağ Evin yeni sahibinin siyasi cəhətdən olduqca zəifləyəcəyini və dəyişikiklər üçün həlledici mandata malik olmayacağını, yeni adminstrasiyanın islahatçı potensialının aşağı səviyyədə olacağını, bütün bunların fonunda isə ABŞ siyasətinin, amerikan həyat tərzinin, habelə ABŞ-ın dünyadakı avtoritetinin aşağı düşəcəyini qeyd edirlər.
Hər halda bütün bu perspektivdə Ağ Evin yeni sahibinin kim olacağı ilə bağlı müxtəlif ssenarilər yazılmaqdadır.

Mütəxəssislər səhhəti ilə bağlı yaranan problemlərə rəğmən yenə də üstünlüyü Hillari Klintona verirllər.

Картинки по запросу trump clinton debates

Çünki Trampın demək olar ki, dövlət işlərində heç bir təcrübəsi yoxdur. Bundan başqa o, peşəkar hərbi dairələri  artıq özünə qarşı çevirməyi bacarıb. Onun proqramı heç də yaxşı hazırlanmayıb. (Tramp aşağı vergilərlə büdcəni necə dolduracağını hələ də izah edə bilmir). Milyarder-namizədin təcrübəli komandası da yoxdur. Bu isə nəinki ABŞ üçün, hətta dünya siyasətində yeni təhdidləri özü ilə bərabər gətirə bilər. Tramp iqtisadi,  maliyyə, təhlükəsizliklə bağlı yaranan  qlobal problemlərin həlli məsələsində aciz qala bilər.

Doğrudur, Klintonun qələbəsi ABŞ-ın problemlərinin həlli üçün yetərli deyil. Lakin mütəxəssislər səhhəti ilə bağlı məsələlər ciddi deyilsə, xanım Klintonun prezidentliyinin bir sıra üstünlüklərini qeyd edir. Buraya ABŞ-da insan kapitalının potensialıın açılması sahəsində islahatların aparılması (miqrasiya, təhsil, səhiyyə ilə bağlı siyasət); Bill Klinton və Barak Obama  dövründən qalma təcrübəli və peşəkar kadr rezervinin olması; maliyyə bazarlarının proqnozlaşdırıla bilinməsi; Klintonun qlobal problemləri dinamik halda görərək və bütün dərinliyi ilə anlayaraq həll etmək qabiliyyətində olması kimi üstünlüklər daxildir.
Klintonun bəzi etik çatışmazlıqları isə Trampdan fərqli olaraq siyasi təcrübəsi sayəsində düzəldilə bilər. Xanım Klinton ən azı əri Bill Klintonla keçirdiyi həyat yolunda skandallarla üzləşə bilmək və bundan çıxmaq qabiliyyəti ilə tanınan siyasətçidir.

Kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ-da siyasi balansı təmin edən institutlaırn böyük zərərə uğradığı göz önündədir. Bəzi siyasi analitiklərin rəyinə əsasən siyasi institutlar müasirliyin müəyyən çağırışları, xüsusilə populizmlə artıq bacarmırlar. Siyasətçilərin reputasiyasının nəzarət və dəstəklənməsi ilə bağlı ənənəvi mexanizmlər isə yeni informasiya məkanı şərtlərində və KİVə olan etibarın azalması nəticəsində işləməz hala gələ bilər.

Analitiklər demokratik cəmiyyətdə bu cür problemlərin sistemin özünü yenilənməsi ilə həll ediləcəyini qeyd edirlər.

Vaqif Hüseyn, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR