İnsanlara hürriyət, millətlərə istiqlal!

Anait Sinanyan: “Qarabağa görə biz Ermənistanı itirə bilərik”

1219 22.12.2016 20:05 Son xəbər A A


Xəbər verdiyimiz kimi, dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, A.Sinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşçil olunmuş aksiyalarda fəal iştirak edib.


A.Sinanyan virtualaz.org-un xüsusi müxbirinin suallarını cavablandırıb:

- Necə oldu ki, Bakı platformasına qoşuldunuz və onun haqqında nə bilirsiniz?

- Baxmayaraq ki, artıq yeddi ildən artıq müddətdə Ermənistanda yaşamıram, vətənimdə baş verənləri hər zaman diqqətlə izləyirəm, ölkəmin taleyinə aid olan ictimai aksiyalarda iştirak edirəm. Yayda dostlarımla burada, Amerika Birləşmiş Ştatlarında “Sasna Tsrer”dən olan siyasi məhbusların dəstəklənməsi və Serj Sarkisyanın istefası tələbi ilə bir neçə piket təşkil etmişdik.

Bakı platforması barədə Yerevandakı dostlarımdan eşitdim. KİV-dən istifadə etməklə deklarasiyanı sözbəsöz öyrəndim və anladım ki, o, problemin tezliklə həllinə yönəlib. Bu problem az qala 30 ildir ki, ölkəmi uçuruma aparır. Mənim burada həm erməni, həm də azərbaycanlı dostlarım var.

Əmim qızının həyat yoldaşı azərbaycanlıdır, yaxın rəfiqəm – azərbaycanlıdır, buna görə də, öz misalımda deyə bilərəm ki, Ermənistanda haqqında çox danışılan düşmənçilik süni olaraq yaradılıb və əsrlər boyunca Qafqazda sülhün bərqərar olmasını istəməyənlər tərəfindən dəstəklənir.


- ABŞ-dakı ermənilərdən çoxu sizin fikirlərinizi bölüşür?

- Əlbəttə. Başa düşürsünüzmü, buradan, uzaqdan biz hər şeyi Ermənistanda olduğundan daha yaxşı görə bilirik. Yoxsulluq, kriminal, teleekranlardan və qəzetlərdən yağan yalan öz ölkəsində yaşayan ermənilərə rasional və ayıq başla düşünməyə imkan vermir. Onları sanki zombiləşdiriblər və hərbi yoldan başqa Qarabağ münaqişəsinin həllinin olmadığına inanmağa məcbur ediblər.

Lakin aprel müharibəsi göstərdi ki, hərbi hərəkətlər hara qədər aparıb çıxara bilər: Qarabağa görə biz Ermənistanı itirə bilərik. Bu qədər gənclər həlak oldular, onların hamısı Sarkisyanın vicdanındadır. Mən Gümridən (Leninakandan) qadın tanıyıram, onun oğlu apreldə həlak olub, həmin qadın açıq şəkildə bildirir ki, oğlunu Azərbaycan yox, Serj Sarkisyan öldürüb, çünki ölümə göndərib.

- Necə düşünürsünüz, nəyə görə Sarkisyan münaqişənin sülh yolu ilə həllinə qarşı çıxır?

- Birincisi, bununla o, ciblərini doldurur, ikincisi isə, sahibləri icazə vermir.

- “Sahibləri” deyərkən kimi nəzərdə tutursunuz?

- Əlbəttə ki, Rusiyanı. Sarkisyan Rusiyan rəhbərliyinin əlində oyuncaqdır. Özü də bunu gizlətmir.

- Anait, Bakı platformasına qoşulanları sonradan təqib edirlər, hədələyirlər. Onlara qoşulmaq sizi qorxutmur ki?

- Mən bu təşəbbüsə ona görə qoşulmuşam ki, bunu mənə düşüncəm və ürəyim diktə edir. İstəyirəm ki, uşaqlarım ölkəmi inkişaf etmiş, güclü görsünlər. Buna qarşı çıxanlar isə cinayətkarlardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR