İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq

881 16.12.2018 01:12 Dünya A A

2020-ci ildə dünyada kütləvi işsizlik olacaq. Düzdür, müəyyən iş yerləri olacaq, amma 2020-ci ildən ən böyük problemimiz işsizlik olacaq.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) çıxışı zamanı Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında professor Daniel Susskind deyib.

O qeyd edib ki, bu problemin kökündə elm və texnologiyanın sürətli inkişafı, onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:

“Çünki texnologiyalar inkişaf etdikcə, işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür”.

Onun sözlərinə görə, 2020-ci ildə və ondan sonra qarşıda dayanan əsas məsələlərdən biri şəffaflıq olacaq:

“Bu istiqamətdə ciddi düşünməyə ehtiyac var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR