İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerika Senatından prezident Trampa ikiqat zərbə - FOTO

1608 16.12.2018 03:00 Dünya A A

ABŞ Senatı Səudiyyə Ərəbistanına görə prezident Donald Trampa ikiqat zərbə endirib.

Musavat.com xəbər verir ki, Senat Ər-Riyadın Yəməndə apardığı müharibəyə ABŞ-ın hərbi dəstəyini sona çatdırmaq qərarını təsdiqləyib. Üstəlik bəyan edib ki, Camal Qaşıqçının qətlində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman məsuliyyət daşıyır.

Bu, Səudiyyə rejiminə dəstək verdiyinə görə Amerika prezidentinə daha bir zərbə və ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır.

Senator Bernie Sanders, I-VT, speaks after the Senate voted to withdraw support for Saudi Arabia's war in Yemen (AFP Photo/MANDEL NGAN)

Senator Bernie Sanders bu məsələ ilə əlaqədar kəskin çıxış edib: "Bizim hərbçilər Səudiyyə Ərəbistanının despotik və qatil rejiminin diqtəsi ilə oturub-durmalı deyil".

Senatın bu qərarı yanvar ayından əvvəl ABŞ Nümayəndələr Palatası tərəfindən müzakirəyə çıxarıla bilməz. O da aydındır ki, bu məsələ ilə bağlı prezident Tramp veto hüququndan istifadə edəcək.

Onu da qeyd edək ki, Yəməndə 20 milyon insan aclıq və susuzluqla üz-üzə qalıb.

Xəbər bu linkdəki məqalə əsasında hazırlanıb:

https://www.yahoo.com/news/us-senate-votes-end-support-saudi-led-yemen-014518219.html

Elbəyi Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR