İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın hərbi dəniz donanması Liviya sahillərində fəaliyyətini azaldır

285 23.01.2019 14:15 Son xəbər A A

Almaniya Müdafiə Nazirliyi yeni gəmilərini Avropa İttifaqı tərəfindən Aralıq dənizində keçirilən “Sophia” hərbi-dəniz əməliyyatında iştirak etmək üçün göndərməyəcək. Xatırladaq ki, “Sophia” missiyası çərçivəsində Avropa İttifaqı ölkələrinin hərbi-dəniz qüvvələrinin gəmiləri Liviya sahillərindəki beynəlxalq sularda humanitar aksiyalar keçirirlər. Dənizçilər insan və silah qaçaqmalçılığına qarşı mübarizə aparır, Liviyanın sahil mühafizəsinin əməkdaşlarına təlim keçir və qaçqınları dənizdə xilas edirlər. Üç il ərzində 50 minə yaxın insan xilas edilib.

AZƏRTAC bundesver nümayəndəsinin sözlərinə istinadla xəbər verir ki, “Auqsburq” hərbi gəmisi Liviya sahillərində yalnız fevralın əvvəlinədək qalacaq. “Auqsburq”u əvəz etməli olacaq “Berlin” kompleks təchizat gəmisi hələ ki, göndərilməyib. Bununla yanaşı, Müdafiə Nazirliyi qeyd edib ki, zərurət yarandığı təqdirdə “Berlin” iki həftə ərzində Liviya sahillərinə çata bilər.

Bundesverin hərbi qulluqçuları missiyanın Romada yerləşən mənzil-qərargahında müvəqqəti qalıb işləyəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR