İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Rusiyanı qıcıqlandırcaq açıqlama: “NATO-nun keçmiş Yuqoslaviyanı bombalaması doğru addım idi”

3092 23.03.2019 13:31 Gündəm A A

“1999-cu ildə NATO ölkələri Yuqoslaviyanı bombalayarkən ən düzgün qərarı veriblər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas ölkənin “Stuttgarter Nachrichten” qəzetinə verdiyi müsahibədə bildirib.

Hayko Maasın sözlərinə görə, Almaniya əsgərlərinin həmin əməliyyatda iştirakı onların işlərinə “məsuliyyətli yanaşmasını” göstərir. Bununla belə o, hərbi müdaxilənin münaqişələrin həllində ən radikal vasitə olduğunu da sözlərinə əlavə edib.

Hayko Maas 90-cı illərin sonlarında Yuqoslaviyada insan hüquqlarının kütləvi şəkildə pozulduğunu və burada ardıcıl qətllər həyata keçirildiyini bildirib.

“Əgər biz onda işə qarışmasaydıq, indi nə baş verəcəyini təsəvvürümə belə, gətirmək istəmirəm”, - deyə AFR xarici işlər naziri vurğulayıb.

Qeyd olunur ki, ABŞ-ın keçmiş müdafiə naziri Uilyam Perri 2018-ci ildə Yuqoslaviyanın bombalanmasından dolayı peşmançılıq hissi keçirdiyini söyləymişdi. Perri həmin vaxt Çin səfirliyinin vurulmasına görə vicdan əzabı çəkdiyini bildirmişdi.

Xatırladaq ki, NATO 1999-cu il martın 24-dən iyunun 9-na qədər həmin vaxt Serbiya və Monteneqronun daxil olduğu “Yuqoslaviya İttifaq Respublikası”nın ərazisində “Birlik gücü” adı altında hərbi əməliyyatlar aparıb. Buna səbəb kimi o dövrdə Slobodan Miloşeviç hökumətinin Kosovoda aparmaq istədiyi etnik təmizləmə göstərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR