İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ordusunun tərkibində radikal terrorçu şəbəkənin varlığı məsələsi ciddiləşir

533 13.12.2018 16:20 Dünya A A

Almaniya silahlı qüvvələrində bir qrup zabit və əsgərin “kölgə ordu”nu qurduğu barədə gedən informasiyalar ciddiliyini qoruyur. Ölkənin Müdafiə nazirliyi bununla bağlı gəzən söz-söhbəti inkar etsə də Bundestaq və Federal prokurorluq işin üstünə çöküb.

İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti Federal Cinayət polis idarəsinin şəbəkənin başında “Hannibal” adlı əsgərin durduğunu öyrəndiyini yazıb. Şəbəkənin “X” günündə hökuməti devirmək üçün terror aktlarını törədəcyi də məlum olub.

Şəbəkəyə daxil olanlarırn önünə edam ediləcək dövlət adamlarının siyahısı da qoyulub. Buraya əsasən sol yönümlü siyasətçilər və fəallar daxildir.

“Hannibal” və onunla həmfikir olanların “X” günü ilə əlaqədar silah, yanacaq və ərzaq üçün xüsusi anbar yaratdıqları da deyilməkdədir. Mətbuat onlara hər hansı fəlakət halında ehtiyat toplayan adamlara deyilən “survivalistlər” adını qoyub.

Bütün bunlarla bağlı olaraq Bundestaqın “Yaşıllar” fraksiyasından deputat Konstantin fon Nots mətbuatda gedən xəbərləri doğru hesab etdiyini bildirib. “Bizim liberal dövlətimizə hücum planlayan, hər an güc tətbiq etməyə hazır bir şəbəkənin mövcudluğuna heç bir şübhə ola bilməz,”-deyə alman siyasətçi bildirib.

Azad Demokratlar Partiyasının deputatı Markus Faber isə mətbuatın hadisəni şişirtdiyni düşünür. “Mənim ulu nənəm də survivalist idi və hətta öz qəbrinə onlarla mürəbbə dolu banka aparıb”,-deyə liberal siyasətçi söyləyib. Lakin Faber də Konstantin fon Nots kimi “Hannibal” və onu tərəfdarlarının hansı planları olduğunun aşkar edilməsinin vacib olduğu düşüncəsindədir.

Gələn ilin yanvarında isə məsələ ilə Bundestaqın müdaifə üzrə komitəsi məşğul olacaq. Komitənin tərkibinə "Azad demokratlar"dan Yan Nolte də daxil edilməsi isə mətbuatda anlaşılmazlıqla qarşılanıb.

“Onun ofisində isə vaxtilə Bundesverin ober-leytenantı olmuş və terror aktlarını həyata keçriməyi palnlayan Franko A.-nın əlaltısı olduğu olduğu deiylən bir adam çalışır”, - məqalə müəllifi Yonas Herman yazır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR