İnsanlara hürriyət, millətlərə istiqlal!

Allahşükür Paşazadə: "Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var"

910 15.06.2018 09:57 Mənəviyyat A A

"Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı mövcuddur. Məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur".

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, bunun əsas səbəbi Azərbaycandakı din-dövlət münasibətləridir: "Buna görə dövlətimizə, dövlətimizin rəhbərlinə minnətdarıq".

QMİ sədri Azərbaycanda sünnilərlə şiələrin 30 ilə yaxındır birlikdə vəhdət namazı qıldığını da bildirib.

"Azərbaycanda şiələrlə sünnilər həmişə mehriban olublar, birlikdə namaz qılıblar. Mənimlə müfti Hacı Salman Musayevin birlikdə namaz qılmağımız da bunun daha bir sübutudur", - deyə o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR