İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə Trampın “Rusiya işi” ilə bağlı bəraət aldığını düşünürlər

582 23.03.2019 14:19 Gündəm A A

Xəbər verildiyi kimi, Rusiyanın ABŞ-dakı siyasi proseslərə qeyri-qanuni müdaxiləsini və prezident Donald Trampın Kremllə bağlantılarını araşdıran xüsusi prokuror Robert Müllerin rəsmi hesabatı artıq baş prokuror Robert Barra (həm də ədliyyə naziri sayılır) təqdim olunub.

Yerli media sənədin tam təfərrüatı barədə məlumat verə bilməsə də, burada prokuror Müllerin Ağ Evin sahibinə qarşı hər hansı konkret ittiham irəli sürmədiyini bildirir.

CNN telekanalı isə administrasiyanın son gəlişməni qələbə olaraq bayram etdiyini xəbər verib.

“Bu, Amerika üçün böyük bir gündür və biz qalib gəldik”, - deyə ABŞ prezidentinin müşavirlərindən biri jurnalist Cim Akostaya söyləyib.

Kanalın Ağ Evdəki müxbiri Pamela Braun da tərtib olunan aktın Ağ Ev rəsmiləri tərəfindən zəfər olaraq dəyərləndirildiyini çatdırıb.

Lakin onun sözlərinə görə, Trampın ətrafı həmin hesabatın dərc olunmasının əleyhinədirlər. Ona görə ki, orada ABŞ liderini olduqca pis vəziyyətdə qoyacaq bir çox faktlar öz əksini tapıb. Buna görə də Ağ Ev sənədin dərcinə qoyulacaq qadağaya görə demokratlarla məhkəməyə hazırlaşır.

Son proseslərdən ruhlanan Donald Tramp isə Demokrat partiyasını sol radikalçılığa meyl etməkdə günahlandırıb. Bundan başqa o, 2020-ci ildə keçiriləcək seçkilərdə keçmiş vitse-prezident Co Baydenlə üz-üzə gəlmək istədiyini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR