İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda qohumunu öldürməkdə təqsirləndirilən qardaşların kassasiya şikayəti təmin edilməyib

384 16.12.2018 00:47 Ölkə A A

Ali Məhkəmədə Abşeronda qardaşlardan birini qətlə yetirməkdə, birini isə öldürməyə cəhddə təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

“Report”un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2014-cü il iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində baş verib. Məmmədov və Yusifovlar (onlar qohumdurlar) arasında borc üstündə düşən dava qətllə nəticələnib.

Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər.

Abşeron rayon Polis şöbəsində istintaq aparılan zaman məlum olub ki, V.Yusifovun qardaşı Z.Yusifov da hadisə yerində olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki qardaş 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumların müdafiəçiləri və zərərçəkmişin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, hər iki qardaşın 12 il müddətinə azadlıqdan məhrumetmə cəzaları 18 ilə qədər artırılıb. Daha sonra məhkumlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR