İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda 72 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib - FOTOLAR

1765 19.12.2018 15:36 Son xəbər A A

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış 72 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindəmn Musavat.com-a verilən məlumata gprə, bu münasibətlə keçirilən mərasim zamanı  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı işləri ildən-ilə genişlənir.

Yeni mənzillə təmin olunanları təbrik edən V.Nəsirli növbəti ildə cari ildəkindən çox olmaqla, azı 800 mənzilin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunmasının planlaşdırıldığını bildirib.

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

DÜNYA,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR