İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Türkiyə İrana qarşı sanksiyaları müzakirə edəcək

1792 20.07.2018 03:40 Dünya A A

ABŞ Maliyyə Departamentinin rəsmisi Marşall Billinqsleyin başçılıq etdiyi nümayəndə heyəti iyulun 20-də Ankaraya rəsmi səfərə gələcək.

Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, məqsəd rəsmi Vaşinqtonun İrana qarşı sanksiyaları bərpa etmək haqqında qəbul etdiyi qərardan sonra Türkiyədən olan gözləntiləri diqqətə çatdırmaqdır.

Nümayəndə heyəti bir sıra strukturların, əsasən də Türkiyənin Maliyyə nazirliyi nümayəndələri ilə danışıqlar aparacaq.

Görüşlər zamanı Türkiyə və ABŞ-ın terrorçuluğun maliyyələşməsi məsələsində əməkdaşlığının fərqli aspektlərinin müzakirəsi nəzərdə tutulur.

Vaşinqton İranla ticarət mübadiləsi aparan ölkələrdən də sanksiyalara qoşulmağı tələb edir.
Qeyd edək ki, İran Türkiyənin neft idxal etdiyi əsas ölkədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR