İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vaxtilə Türkiyəyə satmağa qıymadığı “Patriot”ları indi özü təklif edir

2513 19.12.2018 14:48 Dünya A A

ABŞ Dövlət Departamenti Türkiyəyə “Patriot” zenit-raket komplekslərinin 3,5 milyard dollara satılmasına razılıq verib.

Musavat.com bildirir ki, bu barədə “Reuters” agentliyi Pentaqona istinadən xəbər verib.

Bəhs olunan qiymətə 80 yaxalayıcı və 60 digər təyinatlı raket, habelə onlara qoşulan avadanlıqlar, o cümlədən radiolokasiya qurğuları, hədəfləri məhv etmək üçün idarəetmə stansiyası və buraxılış stansiyaları daxildir.

Məlumatda potensial satışa razılıq verilməsinin hələ bununla bağlı müzakirələrin bitməsi və ya müqavilənin imzalanması anlamına gəlməyəcəyi də vurğulanıb.

Qeyd olunur ki, Dövlət Departamenti daha öncə Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksini almasını əngəlləmək məqsədilə uzun müddətdən bəri danışıqlar aparır. Lakin Türkiyə 2017-ci ilin sentyabrında artıq rəsmi Moskva ilə müvafiq anlaşmanı bağlayıb.

Buna görə ruslar 2,5 milyard dollar dəyərində Türkiyəyə 4 divizionluq komplektləşdirilmiş ZRK sistemini təqdim etməlidir. Özü də sazişin qiymətinin yarısını ruslar kredit şəklində Türkiyəyə verib.

Türkiyənin bu addımı həm ABŞ-ı, həm də NATO-dakı bir sıra müttəfiqlərini narazı salıb. Onlar alyansın silahlanma sisteminin vahid standartlar üzərində qurulmasını tələb edirlər.

Lakin Türkiyənin özünə görə haqlı tərəfləri çoxdur. Xatırladaq ki, İŞİD-in Qaziantep və Kilis vilayətlərinə raket zərbələri zamanı Türkiyə NATO-dan nizamnaməyə uyğun olaraq, raket müdafiəsinin təmin olunmasını istəmişdi.

ABŞ isə bu raket sistemini yalnız məhdud bir zamanda, özü də Türkiyə hərbçilərinin idarəçiliyi altında olmadan həmin vilayətlərdə müvəqqəti yerləşdirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR