İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatorları: "Vəliəhd Məhəmməd bin Salman vəzifəsindən azad edilsin"

979 13.12.2018 17:13 Dünya A A


ABŞ Senatının Cənubi Karolinadan olan üzvü Lindsi Qrem, Nyu-Cersi senatoru, demokrat Robert Menendez və Nyu-Hempşir senatoru Cin Şahinin rəhbərliyi ilə bir qrup yuxarı palata üzvü Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan layihəsi ilə bağlı olaraq mətbuat konfransı təşkil ediblər.

Senatorların gəldiyi ortaq nöqtə şahzadə Məhəmməd bin Salmanın vəzifədən uzaqlaşdırılmalı olması ilə bağlıdır.

“Səudiyyə Ərəbistanlı dostlarımıza səslənirəm. İşlər dəyişmədən ABŞ Senatı ilə hansısa münasibət qurula bilməz. O dəyişikliyin nə olduğunu təsbit etmək isə sizə qalıb. Ölkələr və şəxslər arasında münasibətlər olur. Həmin şəxs, yəni vəliəhd şahzadə o qədər zəhərli, o qədər ləkəlidir ki, ortada hər hansı dəyişiklik olmadan Səudiyyə Ərəbistanı ilə heç bir əməkdaşlıq edilməyəcək”,-deyə Senator Qrem bildirib.

Lindsi Qrem ABŞ və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin dəyərdən çox yükə çevrildiyini sözlərinə əlavə edib.

Senator Bob Menendez isə Yəməndəki humanitar böhran və Qaşıqçı cinayəti ilə bağlı Ər Riyada qarşı tətbiq olunacaq sanksiyaları nəzərdə tutan qanun layihəsindən danışıb, bununla da Səudiyyə Ərəbistanına silah satışının qadağan olunmasına çalışacaqlarını söyləyib.

Nyu-Hempşir senatoru Cin Şahin isə Yəməndəki hadisələrdən məsuliyyət daşıyan hər kəsin cavab verəcəyini, iki partiyanın bu məsələdə əməkdaşlıq edəcəyini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR