İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Trampın Putini təbrik etməməsinin səbəbləri açıqlanıb

1345 20.03.2018 05:53 Son xəbər A A

Ağ Ev ABŞ prezidenti Donald Trampın Vladimir Putini Rusiyada prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etməməsinin səbəbini izah edib.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi Ağ Evin nümayəndəsi Hoqan Qidliyə istinadən məlumat verib.

 

“Prezident bununla bağlı əvvəlcədən telefon danışığı planlaşdırmayıb, çünki hazırkı Rusiya prezidentinin qələbəsinə şübhə etməyib. Bu xəbər onun üçün gözlənilməz olmayıb”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

 

 

O, əlavə edib ki, ABŞ Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışacaq, təhdidlər isə sanksiyalarla qarşılanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR