İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da tapılan sirli “zaman səyyahı” - Foto

1329 20.04.2018 04:14 Maraqlı A A

Bu sirli hadisə 1918-ci ildə ABŞ-da baş verib.

Teleqraf.com xəbər verir ki, Nyu Yorkda qəzetlərdən birində metal boru içində bir adamın cəsədinin tapıldığı haqqında məlumat dərc olunub. Məlumatda qeyd edilib, cəsədin yanında düymələri olan naməlum texniki vasitə tapılıb. Cəsədin tapıldığı boru 1,7 metr uzunluğunda idi.

Adamın cəsədindən görünürdü ki, o, çox hündür olmayıb və boruya tam rahat yerləşib.

Jurnalistlər bu qeyri-adi borunu "kosmik boru", adamın özünü isə “zaman səyyahı” adlandırıblar. Belə fantastik dəyərləndirməyə cəsədin yanında tapılan telefon və ya pultabənzər alət olub.

O vaxtlar bunu izah etmək çətin olduğuna görə, bu alətin “kosmik boru”nun nəzarət elementlərindən biri olduğunu düşünüblər.

Bu tapıntının sirri hələ də çözülməyib.

Qeyd edək ki, müasir mətbuatda zaman-zaman keçmişdən və ya gələcəkdən gələn “zaman yolçular”ı ilə bağlı foto-video məlumatlar yayımlanır. Lakin 20-ci əsrin birinci yarısında hadisələrin mistikləşdirilməsi üçün imkanlar çox az idi. ABŞ-da baş verən sözügedən olayın sirri bu günə qədər açılmayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR