İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da polisin sürücünü güllələməsi kameraya düşdü - VİDEO

1204 10.12.2018 18:22 Kriminal A A

Həftəsonu ABŞ-ın Nevada ştatının Uest Venouer şəhərində baş verən silahlı insidentin görüntüsü yayılıb. Polis əməkdaşları şübhəli şəxsin idarə etdiyi avtomobili təqib etdikdən sonra atəş açaraq onu insanların gözü qarşısında qətlə yetirib.

Oxu.Az xəbər verir ki, insidentin görüntüsü “Liveleak” videoportalında yayımlanıb.

Öldürülən şəxsin Yuta ştatının sakini, 41 yaşlı Ceyms N.Robertson olduğu müəyyən edilib.

Polis idarəsinin yaydığı rəsmi bəyanata əsasən, yol hərəkəti qaydalarını pozan həmin şəxs polisin “dayan” əmrinə məhəl qoymayıb. Qısa sürən təqibdən sonra onun idarə etdiyi boz pikap yanacaqdoldurma məntəqəsi yaxınlığında polis avtomobili ilə toqquşub. 

Avtomobildən enib aradan çıxmağa çalışsa da, polis əməkdaşları ona silah tuşlayıb.  Sürücü üzərində olan bıçaqla polisə yaxınlaşmaq istəyərkən, zabitlərdən biri tapançadan atəş açaraq, sürücünü ölümcül yaralayıb.

Şübhəlinin təcili tibbi yardım gələnə qədər keçindiyi bildirilir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR