İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da polis yanan evdən özünü atan uşağı xilas etdi - VİDEO

455 14.12.2018 19:14 Dünya A A

ABŞ polisi yanan binanın ikinci mərtəbəsindən özünü atan uşağı havada tutaraq xilas edib.

Oxu.Az xəbər verir ki, polis formasına quraşdırılmış kameranın obyektivinə düşmüş görüntünü “Kxan.com” portalı yayıb.

İnsident dekabrın 10-da Dallas şəhərində baş verib. Yanğın yerinə gələn polis əməkdaşları qadın və onun övladının çıxılmaz vəziyyətdə qaldığı ikinci mərtəbəyə qalxan pilləkənləri alov bürüdüyünü görüb.

Asayiş keşikçiləri qışqıraraq qadına pəncərəni açmağı tapşırsalar da, o, buna nail olmayıb. Polis əməkdaşlarından biri dəyənəyini ataraq, pəncərə şüşəsini sındırıb. Sonra onlar 10 yaşlı uşağı pəncərədən tullanmağa çağırıb. Uşaq özünü aşağı atan kimi, polis əməkdaşı onu uğurlu şəkildə yaxalayıb. Xilas olan uşaq ilk növbədə anasının aqibətini öyrənməyə çalışıb.

Bir neçə dəqiqədən sonra hadisə yerinə yanğınsöndürənlər gəlib və texnikanın nərdivanı ilə qadın təxliyyə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR