İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da güclü qara görə 6,7 mindən çox aviareys ləğv olunub

436 20.01.2019 02:15 Dünya A A

ABŞ-ın şimal-şərq hissələrində bərk qar yağması səbəbindən 6783 aviareys ləğv olunub.

“Report” xəbər verir ki, bu barədə "FlightAware" saytı məlumat yayıb.

CNN telekanalının məlumatına görə, pis hava şəraitinin törətdiyi fəsadlar Missuri və Men ştatları arasındakı ərazidə yaşayan 100 milyon insana təsir edə bilər.

Belə ki, Tennesi və Missisipi ştatlarında yağış və tufan davam edir, İllinoys, Miçiqan və Ohayoda şiddətli külək əsir, Nyu-York və Pensilvaniya ştatlarında isə sinoptiklər yağış və bol qar proqnozlaşdırırlar.

Bildirilir ki, pis hava şəraiti ilə əlaqədar olaraq Nyu-York qubernatoru Endryu Kuomo ştat yollarının böyük hissəsində avtobus və qoşqulu yük maşınlarının hərəkətini qadağan edib.

Həmçinin qatarların hərəkəti məhdudlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR