İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Lisani son iki həftə ərzində ikinci dəfə ifadə verməyə çağırılıb

853 01.08.2013 20:23 Son xəbər A A
İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani məhkəməyə ifadə verməyə çağırılıb.
 
APA-nın AZOH-a istinadən məlumatına görə, məhkəməyə çağırış vərəqəsi iyulun 30-da günortadan sonra tanınmış azərbaycanlı fəalın ailəsinə təhvil verilib. Ancaq sənəddə A.Lisaninin nə üçün istintaqa çağırıldığı heç bir məlumat verilməyib. Ondan sadəcə Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 5-ci şöbəsində olması istənilib.
 
Qeyd edək ki, A.Lisani son iki həftə ərzində ikinci dəfə məhkəməyə ifadə verməyə çağırılıb. Azərbaycanlı fəal barəsində iki təhqiqat işi açılıb. A.Lisani yazdığı bir məqaləsi əsasında İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Bundan əlavə, ona “Çənlibel” adlı hökumət əleyhinə qurum yaratmaq, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAzTV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölunun qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülüb.
 
Xatırladaq ki, A.Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib. Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A.Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR