Qazaxın Kəmərli kəndində tutulan ermənidən şok sözlər - Yeniləndi - 2
Qazaxın Kəmərli kəndində hərbçilərimiz tərəfindən erməni millətindən olan bir nəfər yaxalanıb. Bu barədə musavat.com-a bölgə müxbirimiz xəbər verib. Ondakı ilkin məlumata görə, kişi cinsi olan erməni Kəmərli sakini Adıgözəl Dursunovun həyətində müəyyən olunub.
Müxbirimiz bu məlumata əlavə olaraq bildirib: "Azərbaycanda tutulan erməni 53-54 yaşlı kişidir. O, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə 3-4 nəfər erməni də Azərbaycana kecmək ücün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər. O deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı,soyadı dəqiqləşdirilir."
Hazırda Kəmərli kəndində olan müxbirimizi əsir götürülən erməniyə yaxın buraxmayıblar. Müxbirimiz Adıgözəl Dursunovla telefon əlaqəsi yaradıb. O, bildirib ki, özü Kəmərli kənd icra nümayəndəsidir. Ermənini də hərbçilər tutduqdan sonra qısa müddətə kənd icra nümayəndəliyinə gətiriblər. 20 dəqiqəyə yaxın bir müddətdə əsir erməni onun otağında olub. Daha sonra hərbçilər onu aparıblar.
Musavat.com bildirir ki, Müdafiə nazirliyindən və rəsmi qaynaqlardan dəqiqləşdirmə edə bilmədiyimiz üçün kənddəki müxbirimizdən gələn məlumatları dərc etmək məcburiyyətindəyik. Bu səbəbdən, irəliləyən zamanda bəzi düzəlişlər ola bilər.
Musavat.com