İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər nazirliyin qarşısında aksiya keçirəcək

1359 08.10.2014 21:35 Son xəbər A A

Ş.Məcidzadə bildirdi ki, prosesdən dərhal sonra gənclər Təhsil Nazirliyinin qarşısında aksiya təyin ediblər. Artıq bununla bağlı facebook sosial şəbəkəsində "event" təşkil olunub. "Event"in açıqlamasında yazılanlara görə, gənclər bununla məsələni təhsil naziri Mikayıl Cabbarovun diqqətinə çatdırmaq istəyirlər: 

"Məktəb direktoru heç bir reklam almayan və heç bir yerdən maliyyələşməyən sayta qarşı 50 000 manatlıq iddia qaldırıb. Minimum əmək haqqının 105 AZN olduğu ölkədə məktəb direktoru bizdən nə az, nə çox, 50 000 manat tələb edir.

Biz isə oktyabr ayının 17-də Təhsil Nazirliyinin qarşısında aksiya keçirərək təhsil naziri Mikayıl Cabbarovun diqqətinə bu məsələni çatdırmaq istəyirik. Gənclər dövlət məmurlarını da məsələyə diqqət yetirməyə və aksiyaya qoşulmağa çağırıb”. 

Z.Məcidzadə dedi ki, iddia tamamilə əsassızdır: “Həmin xəbərdə ehtiyatda olan polkovnik Ziyadxan Bəkirovun Prezident İlham Əliyevə video-müraciəti yayımlanıb. Video-müraciətdə Z.Bəkirov keçmiş qudası 72 yaşlı məktəb direktoru Ş.Axundovanın erməni əsilli olduğunu iddia edib. Məktəb direktoru Etatist.com-un şərhsiz olaraq təqdim etdiyi video-müraciətdəki "erməni əsilli” sözünə görə şərəf və ləyaqətinin alçaldığını iddia edir. 

Məsələ ondadır ki, bunu ehtiyatda olan polkovnik deyir, biz yox. İkincisi, həmin iddiaya verilən cavabı da dərc etmişik. Yəni bu xəbərdən sonra – iyul ayının 9-da Ziyadxan Bəkirov moderator.az saytına açıqlama verərək Şükufə Axundovadan üzr istəyib. Etatist.com şəffaflığı qorumaq üçün bu açıqlamanı da istinadla yayımlayıb. Ümumiyyətlə Azərbaycan Respublikasının KİV haqqında qanunun 3-cü maddəsinə əsasən Etatist.com KİV olaraq təsbit edilmir. Bu haqda qanunda boşluq var. Domeni məhkəməyə vermək absurddur. Bugünkü məhkəmə prosesindən sonra "erməni əsilli" sözünün təhqir olub-olmamasını dəqiqləşdirmək üçün video lingivistik ekspertizaya göndərilib”.

T.ƏHMƏDLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR