İnsanlara hürriyət, millətlərə istiqlal!

5 qitədə araşdırma: Qlobal istiləşmənin nəticəsi

8667 31.12.2016 02:02 Dünya A A
Qlobal istiləşmə quşların vaxtından əvvəl köç etməsinə zəmin yaradıb.

Axar.az xəbər verir ki, Birləşmiş Krallıqdakı Edinburq Universitetinin elmi işçiləri apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.

Onlar 5 qitədə yüzlərlə quş növünü araşdırıblar. Tədqiqatda havanın temperaturunun artdığı hər bir dərəcə üçün quşların başqa ərazilərə bir gün tez köç etdiyi müşahidə edilib. Buna görə də quşlar qida tapmaq və yuva qurmaq baxımından bir çox çətinliklə üz-üzə qalırlar. Bu hal balaların yumurtadan çıxma vaxtı və həyatda qalma şanslarına təsir edir.

Tədqiqatın nəticələri “Heyvanlar ekologiyası jurnalı”nda (“Journal of Animal Ecology”) dərc edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR