İnsanlara hürriyət, millətlərə istiqlal!

2019-da Avropada iqtisadi çöküş olacaq, Tramp kar olacaq 

1553 13.12.2018 14:42 Maraqlı A A

Vanqa nənənin gələn illə bağlı proqnozları nələrdir?

Sağlığında öncəgörmələri Bolqarıstan hökuməti tərəfindən qələmə alınaraq saxlanan Vanqanın dediklərinin böyük bir qismi bu günə qədər düz çıxıb. Musavat.com 2019-cu ilin astanasında Vanqanın qarşımızdakı illə bağlı proqnozlarını diqqətə çatdırır.

1994-cü ildə həyatını itirən bolqar əsilli Vanqa həyatı boyunca bir çox təxminlər irəli sürüb. Həyatının son 20 ilində döş xərçəngi xəstəliyi ilə mübarizə aparan qadın zamanında 11 sentyabr hücumları və İŞİD təhlükəsi ilə bağlı illər öncə xeyli xəbərdarlıqlar etmişdi.

12 yaşında görmə qabiliyyətini itirən Vanqanın öncəgörmələrindən biri də bəşəriyyətin sona çatacağı tarixdir. Vanqaya görə, bəşəriyyət 5079-cu ildə yox olacaq.

İndi keçək onun 2019-cu il öncəgörmələrinə...

2019-cu ildə Avropada iqtisadi çöküş yaşanacaq.

Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi təşkil ediləcək.

Fəqət Vanqanın Putinin sui-qəsd nəticəsində həyatını itirib-itirməyəcəyi ilə bağlı hər hansı bir öncəgörməsi yoxdur.
Asiya qitəsi 2004-cü ildə yaşanan sunami fəlakətinə bənzər bir fəlakət ilə sarsılacaq.

Amerika prezidenti Tramp kar olmasına və beyin travmasına yol açacaq sirli bir xəstəliyə tutulacaq.
Xatırlamayanlar üçün Vanqanın 2018-ci il təxminlərini yada salaq.

Öncəgörən bildirmişdi ki, Çin 2018-ci ildə super güc olacaq və “super güc” ünvanını, statusunu Amerikanın əlindən alacaq. İkinci bir proqnoz isə Venera planetində yeni bir enerji formasının kəşf ediləcəyi ilə bağlıdır. Venera üçün bu gün bu mövzu ilə bağlı hər hansı bir kosmik vəzifə mövcud deyil. Bununla yanaşı, günəş astrofiziki Ogin Parkerin adını daşıyan və Günəşin xarici quruluşunu araşdıran bir vəzifə 2018-ci ildə baş tutacaq. Bu vəzifə əsnasında Veneranın ağırlıq qüvvəsinin Günəşin ətrafından keçmək üçün istifadə edilməsi nəzərdə tutulub.

Vanqanın bəzi təxminləri arasında 2228-ci ildə dünyada aclığın sona çatacağı, 2256-cı ildə Marsda koloniyaların qurulacağı və 2341-ci ildə planetimizin yaşanmaz hala gələcəyi də var.

Obamanın prezident olacağını bilən Vanqa Tramp haqqındakı iddiaları da özünü doğruldub?

Xatırladaq ki, Vanqa Amerikanın 44-cü prezidentinin qaradərili olacağını təxmin etmişdi. Kahin eyni zamanda ABŞ-ın 45-ci prezidentinin ölkənin son prezidenti olacağını demişdi. Trampın seçilməsinin ardınca ABŞ-da hər şeyin pisliyə doğru gedəcəyini deyənlər Vanqanın bu kəhanətlərini də sübut olaraq istifadə edir.
Digər təxminlərə də nəzər salaq:

2023 -Yerin orbiti xəfifcə dəyişəcək.

2028 -Yeni enerji qaynağı yaradılacaq. Dünyada aclıq problem olmaqdan çıxacaq. Veneraya pilotlu kosmos səfəri təşkil ediləcək.

2033 -Qütb buzları əriyəcək. Dünya okeanın səviyyəsi yüksələcək.

2043 – Müsəlman bir dövlət yenidən Avropanın tək hökmdarı olacaq.

2046 -Süni orqanlar yaradılacaq. Bədəndəki orqan dəyişikliyi, gözlə müalicə üsulu qüvvəyə minəcək.

2066 - Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə səbəb olan yeni silahından istifadə edəcək. Bu da ani donmaya səbəb olacaq.

Bəs Vanqa nənənin son illər üçün dediyi hansı kəhanətlər düz çıxmışdı?

Ölümündən öncə bolqar kahin böyük bir müsəlman müharibəsi olacağını demiş, bu kəhanət terror təşkilatı İŞİD-in yaranması ilə əlaqələndirilmişdi. Vanqa hətta Suriyada böyük müsəlman müharibəsi olacağını da öncədən təxmin etmişdi.
Məşhur kahin 1989-cu ildə ABŞ-da 11 sentyabr 2011-ci ildə təşkil olunan terror hücumunu da təxmin etmişdi.

İkinci dünya müharibəsi zamanı almanların lideri Adolf Hitlerin belə ona baş çəkdiyi, Rusiya KQB-sinin ondan məsləhətlər aldığı da yayılan məlumatlar sırasındadır. Vanqa 1996-cı ildə, 84 yaşında dünyasını dəyişib.

Sevinc TELMANQIZI, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR