İnsanlara hürriyət, millətlərə istiqlal!

Vicdan məhbusları üçün xüsusi, 19 iyun əfvi olacaq - Günün manşeti

10409 27.05.2014 09:00 Ölkə A A

Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərarla 170 nəfəri əfv edib.  Əfv olunanların siyahısını təqdim edirik:


1. Abbasov Fərhad Ərəstun oğlu
2. Abbasov Ramil Şahismayıl oğlu
3. Abbasov Seymur Vaqif oğlu
4. Abbasov Səxavət Rizvan oğlu
5. Abbasov Vüsal Cəninnəddin oğlu
6. Abbasov Yalçın Ağagül oğlu, 
7. Abbas Nezhad Hamid Asghar
8. Abdullayev Elnur Soltan oğlu
9. Abdullayev İlqar Abdulla oğlu
10. Abdullayev İlqar Ağadadaş oğlu
11. Abdullayev Qorxmaz Şahmar oğlu
12. Abdullayev Vüsal İsmayıl oğlu.
13. Abdullayev Zamiq Əhəd oğlu
14. Abdurahmanov Azər Qara oğlu
15. Adıgözəlov Qalib Firəng oğlu
16. Ağamirzəyev Amil Əliağa oğlu
17. Ağayev Mirqasım Ağaqasım oğlu
18. Alıyev Elşən İbrahim oğlu
19. Alıyev Teyyub Eyub oğlu
20. Alizadeh Adel Mohammad Ali oğlu
21. Allahverdiyev Fərəməz Novruz oğlu
22. Allahverənov Gəncəli Ağakişi oğlu
23. Ammayev Elnur Məmmədşəfi oğlu
24. Aslanov Siyavuş Elman oğlu
25. Atakişiyev Sahil Əbülfət oğlu
26. Atayev Şaban Murtuzəli oğlu
27. Babayev Natiq Nadir oğlu
28. Bağırov İbrahim Rafiq oğlu
29. Bağıyev Samir Tahir oğlu,
30. Baxşəliyev Mahir Şakir oğlu
31. Bayramov Qərib Hüseyn oğlu
32. Bayramov Vilayət İsmayıl oğlu
33. Belyayev İqor Vladimiroviç
34. Bərgi Əyyub Hüseyn 
35. Burciyev Orxan Qurbanqulu oğlu
36. Camal Amini Aliakbar Gholamhossein
37. Cəfərov Nazim Nizami oğlu
38. Cəfərov Rahid Cəfər oğlu
39. Cəfərov Raman Zabit oğlu.
40. Cəfərov Rəşad Hüseyn oğlu
41. Dadaşov Ruslan Mahir oğlu
42. Dehghanichinibolagh Saber Elias
43. Dünyamalıyev Aqil Rəşid oğlu
44. Əbdülov Əlizamin Eyvaz oğlu
45. Əhmədov Nemət Zirəddin oğlu
46. Əhmədov Rövşən Süleyman oğlu
47. Əhmədov Samir Zöhrab oğlu
48. Əkpərov Elçin Əlirza oğlu
49. Ələskərzadə Cavid Bəxtiyar oğlu
50. Əliyev Elməddin Əliyəddin oğlu
51. Əliyev İbrahim Allahverdi oğlu
52. Əliyev Pərviz İmran oğlu
53. Əliyev Rafiq Məcid oğlu
54. Əliyev Rəşad Sədirxan oğlu
55. Əliyev Sabir Abdurahman oğlu
56. Əliyev Seyfəddin Sədrəddin oğlu
57. Əliyev Yusif Əliyağa oğlu
58. Əzizov Cavidin Ələddin oğlu
59. Feyziyev İlkin İsmayıl oğlu
60. Fərəcov Yunis Salman oğlu
61. Fərzəliyev Cəmil Tacəddin oğlu
62. Fəttahova Gülnarə Fəttah qızı
63. Fuks Serqey Qenrixoviç
64. Gərəyxanov Şamil Azəroviç
65. Gülməmmədov Camiddin Abdurza oğlu
66. Hacıələkbərov Şirxan Mahur oğlu
67. Hacıyev Rahib Zahid oğlu
68. Hassani Mostafa Ali Hossein oğlu
69. Həsənov Dilqəm Arif oğlu
70. Həsənov Fuad Məhərrəm oğlu
71. Həsənov Saleh Hacıbala oğlu
72. Həsənov Zakir Müzakir oğlu
73. Hümbətov Aslan Oqtay oğlu
74. Hüseynov Emil Suliddin oğlu
75. Hüseynov Fuad Oktay oğlu
76. Hüseynov Natiq Şəmşir oğlu
77. Hüseynov Orxan Yasin oğlu
78. Hüseynov Sahil Ağamusa oğlu
79. Hüseynov Tural Bəhlul oğlu
80. Xankişiyev Ruslan Firudinoviç
81. Xələfov Tofiq Talıb oğlu
82. Xudayarov Anar Elman oğlu
83. İbrahimov Eldar Mixail oğlu
84. İbrahimova Kəklik Çoban qızı
85. İmanov Yusif İslam oğlu
86. İsayev Nazim Yasibəy oğlu
87. İsgəndərov Ramiz Zaman oğlu
88. İsmayılov Ramiz İsmayıl oğlu
89. İsmayılov Taleh Tahir oğlu
90. İsrafilov Kamran Ramiz oğlu
91. Kamallı Kənan Camal oğlu
92. Kazımov Elnur Oleq oğlu
93. Kəlbiyev Vüsal Balakişi oğlu
94. Kərimov Elşən Eyvaz oğlu
95. Kərimov Qabil Rəfail oğlu
96. Kərimov Zamiq Səyyar oğlu
97. Khezerkandi Ahmad Hamdollah
98. Kuhieynəddin Əhmədəli Mərdəli 
99. Qaqarin Həsən Aleksandroviç
100. Qaraşov Mənsur Sərdar oğlu
101. Qarayev Elvin Ələddin oğlu
102. Qasımov Xəyal Akif oğlu
103. Qasımov Məzahim Əzim oğlu
104. Qasımov Ramil Rəhman oğlu
105. Quliyev Raqif Baxşəli oğlu
106. Quliyev Tural Firudin oğlu
107. Quliyev Vəlyəddin Babək oğlu
108. Qurbanov Cahangir Cahilxan oğlu
109. Qurbanov Emil Çingiz oğlu
110. Mahmudəliyev Vüsal Bəndəli oğlu
111. Mahmudov Rasim Hümmətəli oğlu
112. Mehralıyev Cümşüd Hüsü oğlu
113. Məhərrəmov Mahir Yaşasın oğlu
114. Məhərrəmov Vəli Behbut oğlu
115. Məlikov Daşqın Əlsafa oğlu,
116. Məmmədov Anar Mikayıl oğlu
117. Məmmədov Asif Nuşirəvan oğlu
118. Məmmədov Bəxtiyar Heydər oğlu
119. Məmmədov Cavid Xəyyam oğlu
120. Məmmədov Əliqulu Əlirza oğlu
121. Məmmədov Fəxrəddin Azay oğlu
122. Məmmədov Məzahir Mirzə oğlu
123. Məmmədov Nizaməddin Soltanəli oğlu
124. Məmmədov Rahim Rafiq oğlu
125. Məmmədov Səbuhi Sadəddin oğlu
126. Məmmədov Şirin Əsədulla oğlu
127. Mirzəyev Ceyhun İlqar oğlu
128. Mirzəyev Teymur Nazim oğlu
129. Musayev Faiq Gülbala oğlu
130. Musayev Ülvi Akif oğlu
131. Nəsibov Habil Nəsib oğlu
132. Nəzərov Yaşar Zaur oğlu
133. Niftullayev Ragin Mirzəbala oğlu
134. Novruzov Tapdıq Ürüfət oğlu
135. Nuri Uğur İsa oğlu
136. Nuriyev Heydər Fərman oğlu
137. Paşayev Ramiq Nurəddin oğlu
138. Paşton Barakatullah Əzəmətxan oğlu
139. Pirəliyev Elnur Vaqif oğlu
140. Rəhimov Müşviq Həmzə oğlu
141. Rəhimov Natiq İmdad oğlu
142. Rostamipour Davar Hossein oğlu
143. Sadıxov Fərid Qabil oğlu
144. Salamov Cəlal Camalxan oğlu
145. Sarıbalayev Zaur Vəfadar oğlu
146. Səfərov Azər Vahid oğlu
147. Sultanov Əliməddin Məlik oğlu
148. Şahbazov Kamran Adil oğlu
149. Şəmsəddin Məhəmməd Məhəmmədhüseyn oğlu
150. Şıxlar Taleh Rafiq oğlu
151. Tabeşmoqhaddam Nasser Abbasalı oğlu
152. Tağıyeva Sənubər Əli qızı
153. Tahirov İlqar Sərdar oğlu
154. Vaytkeviç Anatoliy Frantseviç
155. Yudin Serqey Abduloviç
156. Zehtab Azari Hossein Abdolhossein
157. Zülfüqarova Yeganə Abdulla qızı

Sərəncamla iki nəfər şərti cəzadan, bir nəfər islah işləri cəzasından, 11 nəfər isə cərimə cəzasından azad ediliblər


Qeyd edək ki, imzalanan əfv fərmanı siyasətçiləri və hüquq müdafiəçilərini qane etməyib. Fərmandan böyük narazılıq var. Milli Şuranın sədri Cəmil Həsənli siyasi məhbusların əfv siyahısına düşəcəyini gözləmədiyini vurğulayıb. O, musavat.com-a açıqlamasında bildirib ki, siyahıda bir neçə siyasi məhbusun adı var: “Əfv əslində bütün siyasi məhbuslara şamil edilməli idi. Mən xüsusilə Leyla Yunusun siyahısını müdafiə edirəm. Hesab edirəm ki, siyasi mülahizələrlə həbs olunan adamların geniş dairəsi məhz Leyla Yunusun siyahısında əks olunub. O siyahı peşəkarlıqla hazırlanıb, müxtəlif xarici dillərə tərcümə olunub və hər bir məhbus haqqında arayış verilib. Orada çox tanınmış adamlar var, İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, 8 NİDA-çı gənc, Qurban Məmmədov və adını çəkmədiyim daha neçə nəfər var. Həmin siyahıda din xadimlərinin, jurnalistlərin adı var. Onların əksəriyyəti sırf siyasi mülahizələrlə tutulub, qeyri-qanuni yollarla həbs ediliblər. Bunların əməlində hər hansı bir cinayət tərkibinin olduğu məhkəmə araşdırmasında sübuta yetirilməyib. O adamların buraxılması zəruridir.


 Nəinki buraxılması, hətta onlardan üzr istənməsi vacibdir ki, bu adamları günahsız olaraq artıq xeyli müddətdir ki, həbsdə saxlayırlar. Amma Azərbaycan hakimiyyəti elə bir mənəvi göstəricinin sahibi deyil ki, bu addımı atsın. Yəni yüksək mənəvi dəyərlərə söykənən hakimiyyət ümumiyyətlə bu əməllərə yol verməməli idi. Bunun arxasında duran başlıca məsələ hakimiyyətin əleyhinə olan siyasi qüvvələri susdurmaq, mətbuatı susdurmaq, insanları qorxu altında saxlamaq və bütövlükdə ictimai nəzarətdən kənar, korrupsioner bir həyat tərzini adi məişət məsələsinə çevirmək kimi  məqsədlər dayanır. 28 May ərəfəsində siyasi məhbuslar buraxılsaydı, bu, özü də bir stimul olardı. Amma açığı, mən gözləmirdim. Çünki Azərbaycan hakimiyyəti o siyasi düşüncənin sahibi deyil. Cəmiyyət bu adamların azad olunması istiqamətində öz imkanlarından daha geniş istifadə etməlidir”.


Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bildirib ki, əfv fərmanı onları qane etmir.  O bildirib ki, çox sayda hüquq müdafiəçisi 29 nəfərlik siyahı hazırlayaraq dövlət başçısına və beynəlxalq təşkilatlara təqdim etsə də, siyahıdan cəmi 5 nəfər əfvə düşüb: “Leyla Yunusun siyahısında 130 nəfər var idi. Biz onlarda 29-nu seçdik və çoxlu hüquq müdafiəçisi müraciət imzaladıq. İndi bizə deyirlər ki, o adamların apelyasiyası olmadığından, əfvə düşməyib. Bu, doğru deyil. Bu işlərin hamısı prezidentdən asılı idi, bu, humanist addım idi və hər şey prezidentin əlində idi. İstəsə, həmin şəxsləri buraxa bilərdi və Avropa Şurasının Nazirlər Komitəsinə alnı açıq sədrlik edərdik. İndi hansı siyahı ilə gedəcəklər? Bu, Azərbaycan dövlətçiliyinə ləkə gətirəcək, indi 130 nəfərlik siyahı çıxacaq ortaya, neyləyəcəklər? O əfv siyahısında ki, Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, NİDA-çılar, jurnalistlər yoxdursa, bu, Azərbaycan üçün doğrudan başucalığı gətirmir. Nə olacaq? Avropadan daha bir zərbə alacağıq”.


Hüquq müdafiəçisi Səidə Qocamanlı da qeyd edib ki, əfv fərmanı onları razı salmayıb: “Bizi qane etmir. Siyahımızdan bir neçə nəfər düşüb. Bu da təəssüfedicidir. Avropa Məhkəməsinin haqqında qərar çıxardığı insanlar vardı ki, əfv onlara şamil edilmədi, NİDA-çılara şamil edilmədi. Hər halda, kim çıxıbsa, onun qapısı açıq olsun, bu, sevindirici haldır. Həbsi bizi narahat edən şəxslərin azadlığa buraxılmamasına təəssüflənirik”. 
Hüquq müdafiəçisi Leyla Yunus da əfv fərmanından narazılığını bildirib. O qeyd edib ki, bu fərman həmişəki kimi insanları aldatmaqdan başqa bir şey deyil: “Bu, həmişəki kimi, oyun idi. Azərbaycan vətəndaşları, jurnalistlər ildə iki dəfə bu cür aldadılırlar, gözləyirlər və nəticədə heç nə olmur. Hökumətə yaxın olan təşkilatlar çalışırdılar insanları inandırsınlar ki, əfv olacaq, əfvə siyasi məhbuslar düşəcək, ortada siyahı var və kimlərəsə təqdim edilib və sair. Bu, əfsanədir. Mən deyirəm ki, ölkədə siyasi məhbus məsələsi əfvlə həll olunmayacaq, qurtarın bu söhbətləri”.

Lakin “Yeni Müsavat”ın mötəbər mənbədən aldığı məlumat onu göstərir ki, siyasi dustaqlarla bağlı problem çox da uzun çəkməyəcək: “19 iyunda əsasən siyasi məhbuslara şamil olunan əfv fərmanı imzalanacaq. 24 iyunda Azərbaycan prezidenti AŞPA sessiyasının açılış törənində çıxış edəcək. Həmin günə qədər siyasi məhbuslarla bağlı problem tam olaraq həll ediləcək”. Mənbə “Yeni Müsavat”a deyib ki, Azərbaycan hökuməti bu taktikadan bundan əvvəl də istifadə edib.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR