İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi məhbuslardan xəbər var

1802 19.08.2014 08:45 Ölkə A A


Bu sözləri “Yeni Müsavat”a həbsdə olan adıçəkilən NİDA üzvlərinin vəkili Əshabəli Mustafayev məlumat verdi. 

Vəkilin sözlərinə görə, apelyasiya məhkəməsinin ilkin baxışından Ali Məhkəməyə şikayət verilib. Ə.Mustafayev apelyasiya şikayətinə nə zaman baxılacağını bilinmədiyini dedi. Vəkil Ş.Novruzovun əfv ərizəsi yazmasından sonra azadlığa çıxmaq perspektivi zaman göstərəcəyini açıqladı. 

Həbs edilən İlkin Rüstəmzadə ilə Ş.Novruzlunun vəkili olan Nemət Kərimli isə bildirdi ki, ötən həftə Rüstəmzadə ilə görüşüb: “Bu həftə hər ikisi ilə görüşəcəm. Hazırda saxlanma şəraitindən narazılıq etmirlər, valideynləri ilə görüşürlər. Yeganə narazılıq hökmdəndir. Apelyasiya məhkəməsindən isə ədalət gözləmirəm”.

REAL sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirdi ki, onunla keçən həftə görüşüb, saxlanma şəraitində hər hansı dəyişiklik müşahidə olunmayıb. Vəkil sentyabrın 3-də Şəki apelyasiya məhkəməsində növbəti prosesi keçiriləcəyini söylədi. Onun sözlərinə görə, məhkəmənin nə qərar verəcəyini indidən proqnozlaşdırmaq olmur. 

F.Ağayev REAL sədrinə oxumağa tənqidçi qəzetlərin verilmədiyini də dedi. Müsavat başqanının müşaviri Yadigar Sadıqovdan da xəbər var. Müsavatçının Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttahın sözlərinə görə, ailəsi onunla görüşmək üçün üç günlük icazə alıb. 

Hazırda Qızıldaş qəsəbəsində yerləşən 134 saylı cəzaçəkmə müəssisəsində saxlanan Y.Sadıqov üçün şərait olduqca ağırdır. Komitə rəhbəri qeyd etdi ki, ərazidə daş karxanaları istehsal olunan yer var və isti, bürkü, toz-duman əlindən həyətə çıxmaq belə olmur. 

E.Fəttah qəzetlərin abunəsi ilə bağlı problemin də həllini tapdığını qeyd etdi: “Avqustun 3-dən, yəni 14 saylı CÇM-nə köçürüldükdən sonra müsavatçıya oxumağa qəzet verilməyib. Artıq məsələ həll olunub. Yadigar bəyin öz əhval-ruhiyyəsi mübarizdir. Ölkədə gedən repressiyaları izləyir, təəssüflənir. Xüsusilə, İntiqam Əliyevin həbsi onu məyus edib”.

E.SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR