İnsanlara hürriyət, millətlərə istiqlal!

SABİR RÜSTƏMXANLI 7 ŞİRKƏTİ MƏHKƏMƏYƏ VERİR

3572 14.06.2012 09:47 Ölkə A A
Millət vəkilinin sözlərinə görə, ölkədə dil qanununu pozan şirkətlərin sayı yüzlərlədir və bu səbəbdən onlar hissə-hissə məhkəməyə veriləcək. S.Rüstəmxanlı qeyd etdi ki, dil qanunu 10 ildən artıqdır qüvvədədir, amma bu vaxta qədər heç bir müəssisə və ya təşkilat bu qanunun tələbini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunmayıb: “Bu addımla biz həm də bir ənənə yaratmaq niyyətindəyik. Sahibkarlar və dövlət qurumları dil qanununu pozduqları üçün gec-tez məsuliyyətə cəlb olunacaqlarını bilməlidir”.
Məhkəmə iddialarının Bakıdakı reklam lövhələri və xidmət obyektləri adlarının dövlət dilinə uyğunlaşdırılmasına və ana dilinin işləkliyinin genişlənməsinə ciddi təsir göstərəcəyini vurğulayan S.Rüstəmxanlı sahibkarlara xəbərdarlıq da etdi: “Müəssisə adlarını və menyularını xarici dildə yazan və dil qanununu pozanlara bir daha xəbərdarlıq edirik ki, bu nöqsanları aradan qaldırsınlar”.
“Azərbaycan Dil Qurumu” İctimai Birliyinin icraçı direktoru Anar Niftəliyev isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, məhkəmə işlərinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq: “İşə iyunun 15-dən sonra baxılacaq, hazırlıq iclası ayın 15-dən sonra gözlənilir. Məhkəmə iki şirkət və bir komitə ilə bağlı iddianı qəbul etsə də işə baxılacaq tarix hələ açıqlanmayıb”.
Onun sözlərinə görə, reklam lövhəsinin hazırlanması üçün təqdim edilən adı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qeydiyyatdan keçirir. Yəni adların əcnəbi dildə yazılmasını təklif edən şirkətlə bərabər ondan daha artıq məsuliyyəti sözügedən dövlət komitəsi daşıyır: “Yəni həmin şirkətlərə dövlət komitəsi razılıq verməsə, şirkət reklam lövhəsini asa bilməz. Bu məsələdə şirkətdən daha çox məsuliyyəti dövlət komitəsi daşıyır. Ona görə də qanunvericiliyə müvafiq olaraq həm şirkətlərin, həm də dövlət komitəsinin cəzalandırılması barədə iddia qaldırmışıq”.
A.Niftəliyevin sözlərinə görə, “Azərbaycan Dil Qurumu” İB dil haqda qanunu pozan şirkətlərlə bağlı iddia ərizələrini hazırlamaqda davam edir: “Bu həftə daha 7 şirkətlə bağlı sənədləri hazırlayıb məhkəməyə təqdim edəcəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR