İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Tağının ailəsi prezidentə müraciət etdi

1919 13.11.2013 20:30 Ölkə A A
Mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva prezident İlham Əliyevə müraciət edib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

“Azadlıq” radiosunun məlumatına görə, Mailə Tağıyeva prezidentə müraciətində Rafiq Tağının xəstəxanada ölməsini yazıçının öldürülməsi kimi ifadə edib.

Müraciətdə deyilir: “2 il vaxt keçməsinə baxmayaraq bu qətl cinayətini araşdırmağa borclu olan istintaq orqanı faktiki olaraq heç bir səmərəli addım atmayıb, nəticədə xüsusilə ağır cinayətin üstü açılmayıb. Baş Prokurorluq bu cinayətin üstünün açılmasında maraqlı deyil. Dəfələrlə şikayətlər və vəsatətlər versək də, heç bir səmərəsi olmayıb, hətta məhkəmələr də şikayətlərimizi icraata qəbul etməkdən imtina ediblər. Yüksək vəzifəli şəxslərin qəbulunda dəfələrlə olmağımıza baxmayaraq cinayətin üstünün açılması üçün heç bir səmərəli addım atılmayıb. İstintaq orqanı video müşahidə kameralarının lent yazılarını və telefon danışıqlarının lokalizasiyasını bizdən gizlədir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq həmin sübutları bizə təqdim etmir”.

Mailə Tağıyeva müraciətində yazıçının ailəsi adından xahiş edib ki, prezident İlham Əliyev onları qəbul edib dinləsin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR