İnsanlara hürriyət, millətlərə istiqlal!

RÖVNƏQ ABDULLAYEV BİLGƏHLİLƏRƏ QAZ BORCU YÜKLƏYİR

1591 09.01.2011 09:47 Ölkə A A

Məlumat üçün deyək ki, dekabrın 28-də Sabunçu Rayon Qaz İstismar İdarəsinin (Qİİ) və ARDNŞ-in (şirkətin prezidenti Rövnəq Abdullayevdir) tabeçiliyində olan qurumun əməkdaşları Bilgəh sakinlərinin evinə gedən qaz xətlərini kəsməyə cəhd edib. Bu zaman sakinlərlə onların arasında insident yaranıb. Qəsəbə sakinləri “Yeni Müsavat”ın orada olan müxbirinə demişdi ki, həmin gün Sabunçu Qİİ əməkdaşları Anaxanım Tağıyeva, Qəmbər Bayramov və Həmidağa Nağıyev küçələrinin sakinlərinə deyib ki, istifadə etdikləri qaza görə külli miqdarda borcları var. Sakinlər isə borclarının olmadığını deyir. Onlar hadisədən bir neçə gün öncə Sabunçu Qİİ əməkdaşlarının sayğaclara baxdığını və istifadə etdikləri qazın müqabilində pul ödədiklərini söyləmişdilər. Sakinlərin sözlərindən məlum olub ki, 2009-cu ildə prezident İlham Əliyev qaz borclarını bağışlayandan sonra Sabunçu Qİİ-nin Bilgəh üzrə Rizvan adlı rəisi 2009-cu ilin dekabr, 2010-cu ilin yanvar ayında sakinlərin istifadə etdiyi qaza görə 121 evə 152 min manat borclu olması haqda aktlar yazıb. O, aktlarda qeyd edib ki, bu borcların sakinlərdən yığılması üçün onlara müraciət edilsə də borclarını ödəməkdən imtina ediblər.
Qeyd edək ki, həmin gün borcları bəhanə edən Sabunçu Qİİ və ARDNŞ 30-dan çox əməkdaşını ora apararaq evlərə gedən qaz xətlərini kəsməyə çalışıb, amma sakinlərin etirazı nəticəsində buna nail ola bilməyiblər. ARDNŞ əməkdaşları sakinlərə fiziki zor tətbiq edib. Hadisədən bir gün sonra qəsəbədə sakinlərə əlavə qaz borcu yazılmasının araşdırılması üçün Sabunçu Rayon İcra Hakimiyyətinin bir qrup nümayəndəsi qəsəbəyə gedərək problemlə bağlı sakinlərlə görüşmüşdü. Onlar evlərə sakinlər tərəfindən qanunsuz qaz xətlərinin çəkilib-çəkilməməsini və sakinlərə yazılan külli miqdarda borcun həqiqət olub-olmadığını araşdıracaqlarını demişdi.
Lakin qəsəbə sakinlərindən aldığımız məlumata görə, bayramdan bəri heç bir məmur qəsəbəyə gələrək orada araşdırma aparmayıb. Sakinlər borclarının olmadıqlarını bir daha bəyan etdilər. Onlar ARDNŞ-in mətbuat xidmətinin rəhbərinin sakinlərin borclu olması haqda dediklərinə də münasibət bildirdi: “Araşdırmanı necə aparıblar? Hansı əsasla sakinlərin borclu olmalarını deyirlər? Axı heç kim gəlib burda araşdırma aparmayıb. Belə olan halda onlar qaza görə borclu olduğumuzu necə müəyyən ediblər?”
Sakinlər hazırda evlərinə qaz verildiyini də söylədilər. Mövzunu diqqətdə saxlayacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR