QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI
BÖLÜM: Ölkə
YAYIM TARİXİ: 15 Fevral 2013 09:35
QƏBUL İMTAHANLARININ VAXTI AÇIQLANDI

III ixtisas qrupuna hazırlaşanlar birinci, II ixtisas qrupu üzrə hazırlaşanlar isə sonuncu gün imtahan verəcəklər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə builki qəbul qaydalarını açıqlayıb. Modern.az-ın məlumatına görə, komissiya sədri Məleykə Abbaszadə fevralın 15-də keçirdiyi mətbuat konfransında bildirib ki, ali və orta ixtisas təhsili məktəblərinə ərizə qəbulu internet vasitəsilə aparılacaq.

“Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə komissiyanın rəsmi saytında ”Abituyinetlərin elektron ərizəsi"ni dolduraraq  müvafiq sənədləri Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Onu deyim ki, hüquqi cəhətdən heç bir dəyişiklik yoxdur".
Fənlər üzrə açıq tipli test nümunələrinə gəldikdə TQDK sədri qeyd edib ki, bu il iki fənn üzrə açıq tipli daxil edilib. “I ixtisas qrupunda-riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda-riyaziyyat və kimya fənlərindən açıq tipli test tapşırıqlarından istifadə ediləcək” deyə, TQDK sədri əlavə edib.
Ali məktəblərə ərizə qəbulu 9 aprel - 15 may aralığında olacaq. Sənədlərin təsdiqi isə 15 aprel - 17 may aralığında mümkün olacaq.
Hərbi liseylərə ərizə qəbulu 15 aprel - 25 iyunda həyata keçiriləcək.
Ali məktəblərə qəbul imtahanlarının vaxtı da müəyyənləşib. Məleykə Abbaszadə bildirib ki, III qrup 14 iyul, I qrup 21 iyul, IV qrup 28 iyul, II qrup üzrə  isə avqustun 3-də imtahan verəcək.
Ali məktəblərə ixtisas seçimi avqustun 6-dan 15-nə kimi aparılacaq.
Magistraturaya ərizə qəbulu 11-22 fevralda olacaq. Birinci mərhələ imtahanı 3 martda, magistraturaya proqram seçimi 3-11 iyunda, II mərhələnin qəbul imtahanları 23 iyunda olacaq. 26 -28 iyunda isə magistratura ixtisaslarına seçim turu keçiriləcək.
M.Abbaszadə bu il keçiriləcək qəbul imtahanlarında da ötən illərdə olduğu kimi bəzi ixtisas qruplarında keçid ballarının aşağı salınıb-salınmayacağına aydınlıq gətirib: “Keçid balları birinci sınaq imtahanından sonra müəyyən olunacaq. Yəni abituriyentlərin sınaq imtahanlarında göstərəcəkləri nəticəyə uyğun olaraq keçid ballarını müəyyənləşdirəcəyik”.
TQDK sədri onu da qeyd edib ki, ötən il 150-200 bal arası toplayan abituriyentlərin sayı cəmi 2800 nəfər olub. “Əgər 150 bal toplayan abituriyent ali təhsil almaq istəyirdisə, biz ona şərait yaratmışdıq. Lakin həmin tələblər ali məktəbdə oxuya bilməsələr, semestr imtahanlarını verə bilməsələr, universitetdən xarici olunmalıdır. Bu barədə isə ”Tələbə-məzun" elektron sisteminə məlumat yerləşdirilməlidir. Hələ ki, həmin tələbələr barədə adıçəkilən sistemə məlumat yerləşdirilməyib" deyə, TQDK sədri M. Abbaszadə əlavə edib.
Xəbər xidməti
ŞƏRHLƏR
ŞƏRH YAZ
seyid
15.02.2013 / 14:30
mənimlə bərabər bir neçə valideyn Məleykəı Abbaszadəya qarşı kompaniyaya başlayan valideynlərə qoşulmaq haqqında qərara gəlmişik. Biz başa düşə bilmirik ki. Məleykə xanımın Misir müəllimlə konflikti varsa nə üçün bidən və bizim balalarımızdan heyf alır. Bəsdirsinlər indidə bizim övladlarımızın taleyilə oynamasınlar. Vallah bu -gün sabah ona qarşıda üsyan olacaq.
XƏBƏR LENTİ
Çox Oxunanlar
Bugün
Bu Həftə
Bu Ay
Yeni Müsavat © 2001-2013