İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əliyev-Eldəniz Quliyev söz savaşı böyüyür

1674 07.03.2014 08:05 Ölkə A A


VİP-in bəyanat verib hakimi sifarişlə E.Quliyevin xeyrinə qərar çıxardığını bildirməsi və E.Quliyevin ünvanına “boynuna xalta keçirilmiş” kimi ifadələr işlətməsi vəziyyəti bir qədər də gərginləşdirib. EL hərəkatının Ali Məclis sədri VİP rəhbərliyinin əsl məqsədinin gündəmdə qalmaq olduğunu deyib və onların tərbiyəsizliklərinin davam etdiyini bildirib.

Dünən isə Əli Əliyevin müavini Ramil Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məqsədləri gündəmdə qalmaq deyil: “Eldəniz Quliyev kimdir ki, onun vasitəsilə gündəmə gələsən. Bu məqsədlə onun adını çəkən insan heç vaxt özünə şərəf gətirməz. Sadəcə, Eldəniz Quliyev VİP üzvlərinə, rəhbərliyinə qarşı tərbiyəsizlik edib. Ona görə də biz onun cavabını qanun çərçivəsində vermək istəmişik və istəyirik. Xalta ifadəsini pdə biz sonuncu bəyanatımıza ona görə daxil etmişik ki, mətbuatda o bizə qarşı həmin sözü işlətmişdi. Biz cavab olaraq yazmışıq. Biz apelyasiya şikayəti edəcəyik. Partiyamızın üzvləri ayrı-ayrılıqda Eldəniz Quliyevdən məhkəmələrə müraciət edirlər. Biz sonadək Eldəniz Quliyevin cəzalandırılmasına çalışacağıq. Eldəniz Quliyev düşünməsin ki, bu məsələ artıq bitmiş sayılır. Onun cəzalandırılması ilə bağlı bütün vasitələrdən istifadə edəcəyik”.

*  *  *


E.Quliyev VİP-lə söz çəkişməsi ilə bağlı musavat.com-da müəllif yazısı ilə çıxış edib. Dünən VİP-in sədr müavini Ramil Hüseynov redaksiyaya yazılı şəkildə öz mövqeyini təqdim edib. 
R.Hüseynov bildirir ki, seçkidən sonra ölkənin boşalan və bozaran siyasi gündəmində artıq bir aydan çoxdur ki, “Eldəniz Quliyev mikrobu” yayılıb: “Bu ad və soyadın daşıyıcısı nə əsas işi olan kinematoqrafiyada, nə də anlayışı olmadan qatıldığı siyasətdə özünə yer tapmadan sağa-sola vurnuxmaqdadır. Qısacası, uğursuzluğun rəmzi olan bu məxluqun yeganə təskinliyi ətrafa özünəxas üfunət saçmaqdır. İndiyə kimi çoxlarına öz aləmində hücum edib, amma hər dəfə burnu ovularaq, geri oturub... İndi isə başından yuxarı sıçrayış edərək, Vətəndaş və İnkişaf Partiyasının (VİP) meydanına atlanmağa həvəslənib. 
Adam beşinci həftədir ki, torlanmış gözünü və üfunət mənbəyi olan ağzını “VİP” deyərək, açıb-yumur. Görmədiyi ailə tərbiyəsini və yaşının bu vaxtına qədər özündə formalaşdıra bilmədiyi etik vərdişləri “vağzal qadını” leksikonu ilə kompensə edib... Sanki həyatında, sənətində, məşğuliyyətində üzləşdiyi bütün uğursuzluqların səbəbkarı VİP və onun sədri Əli Əliyevdir". 

R.Hüseynov daha sonra bildirir: “Bir aydan çoxdur, yuxusunda da VİP-in loqotipinə kəllə atan E.Quliyevin psixi durumunu sarsıdan nə baş verib? Nəyə görə olmayan işini-gücünü buraxıb onun sərsəmləməsinə yer verən nəşrlərdə çürümüş dişləri ilə VİP-ə qıcanmağa çalışır? Əmin olun ki, heç bir real səbəb yoxdur. Eldəniz kim olub, kimdir və bundan sonra kim olacaq ki, VİP ona mikroskop tuşlasın? Onun özü və adı kimin umurundadır ki? Bəs onda niyə?” 

Əli Əliyevin müavini “niyəsi budur ki, Əli Əliyev müsahibələrindən birində ”El" hərəkatı adlı qurumun elə yaradıcısı Eldar Namazovdan ibarət olduğunu deyib" - söyləyir. Ardınca da bildirir: “Eldəniz isə həmin qurumun olmayan Məclisinin sədri kimi bu iddiaya öz səviyyəsində münasibət bildirib. Sizcə, nə cavab verib? Təbii ki, ondan  məntiq və etika çərçivəsində bir cavab gözlənilməz - adam o qabiliyyətin yiyəsi deyil. 

Ə.Əliyevin həmin fikirlərini normal qaydada təkzib (hərçənd buna əsası yoxdur) etmək yerinə, VİP sədrini “qədim peşə” ilə əlaqələndirib. Buna görə aldığı tutarlı cavablardan sonra isə ailəsinin içində çox işlək olan söyüş lüğətini işə salıb. Bu davranışına görə barəsində məhkəməyə müraciət edəndə isə bolqar uzunqulağı sayaq dirənərək, heç bir təhqirə yol vermədiyini deyib. “Qədim peşə”nin nə, onunla məşğul olanlarısa kim olduqlarını izah etmək artıqdır. Azərbaycan şəraitində bu təhqirin cəzası da bəllidir. Amma görünür, Eldəniz bu sayaq təhqirləri boynunun arxasına o qədər yığıb ki, onda təbii immunitet yaranıb. “Qədim peşə” ilə məşğulluq onun aləmində pis bir iş olmadığı kimi, təhqir də deyil" (bundan sonrakı cümlələrdə ağır və birbaşa təhqirlər olduğundan redaksiya həmin fikirləri verməyi məqsədə uyğun bilmir). 

Cavab müəllifi daha sonra deyir ki, E.Quliyevin VİP-in ünvanına işlətdiyi həmin ifadələrin VİP-ə uyğunluğu üçün zərrə qədər də əsas yoxdur və ola bilməz: “Bunun əksini sübut edə biləcək kimsə varsa, çıxsın danışsın. Yeri gəlmişkən, Eldar Namazov da Əli Əliyev haqqında ”ifşaedici məlumatlar"a malik olduğunu demişdi. Amma nədənsə Ə.Əliyevin debat təklifini eşidən kimi hansı küncə qaçıb giribsə, hələ də ortaya çıxmayıb. 

Eldənizə gəldikdə isə, Xətai Rayon Məhkəməsinin hakimi aldığı sifariş əsasında VİP ona qarşı qaldırdığı iddianı icraata götürməyib. Hakimiyyət himayəsində saxladığı və onun vasitəsilə müxalifət düşərgəsinə üfunət püskürtdüyü Eldənizin xidmətlərinin qarşılığını verdi. Amma sevinməsin... İşlətdiyi təhqirlərə görə hüquq müstəvisində mütləq cavab verəcək... Ən uzağı “sonuncu dalan”a qədər qaça bilər..."   
                   
E.SEYİDAĞA
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR