İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngin sosial tərəfi...

2142 08.09.2018 15:17 Yazarlar A A

Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Xərçəng xəstəliklərinin sayının artması, demək olar, ölkə əhalisinin say artımı ilə yanaşı gedir. Bu fikirləri ötən il Azərbaycanın Səhiyyə Nazirliyinin baş onkoloqu “Azərtac” dövlət agentliyinə açıqlamasında bildirib.

2016-cı ildə Azərbaycanda xərçəng xəstələrinin sayı 2015-ci illə müqayisədə 3257 nəfər artıb. 2015-ci ildə 40653, 2016-cı ildə 43927 olub göstərici. Düzdür, bu əhali sayı on milyona çatmağa az qalan Azərbaycan üçün böyük rəqəm sayılmaya bilər, amma nəzərə alınmalıdır ki, birincisi, son iki ilin, 2017-2018-ci ilin, rəsmi statistikası bəlli deyil, ikici, statistik göstəricilər həmişə nisbi qeyd edilir. Xüsusi narahatlıq yaradan xəstəliklər və ölkə əhəmiyyətli məsələlərlə bağlı statistik göstəricilərə isə ayrıca dəqiq verilir. Çünki bu məsələlər həm də insan psixologiyasına mənfi təsir edə biləcək amildir.

Məsələn, qorxu, aqressivlik, sərt kütləvi etiraz yarada bilir.

Ayrıca 2015-2016-cı illərdə onkoloji xəstələrin sayı 3257 nəfər artıbsa, 2017-2018-ci il üçün də bu istisna deyil. Yəni vəziyyət 3257+3257 ola bilər. Nəzərə alınsa ki, bu müddət ərzində əhali sayının artımı da baş verib, ölkənin baş onkoloqu isə deyir ki, xəstəliyin inkişaf tempi əhali sayının inkişaf tempi ilə eyni gedir, deməli, göstəricinin daha artıq olması ehtimalı da var.Bir sözlə bizim səviyyəli dövlətlər üçün bu bahalı müalicə tələb edən xəstəlik həm də sosial problemdir. Üstəlik nəzərə alınsa ki, ölkədə insanları maddi durumu bərbaddır. Bu ikiqat sosial problem sayıla bilər.

Bu mənada Azərbaycanda xəstəliyin müalicəsi ilə məşğul olan tibbi müəssisə, Milli Onkoloji Mərkəz, həm də az sayda uğurlu sosial layihələrdəndir deyə bilərik. Əslində illər öncə yaradılmasında məqsəd elə bu idi...

İndi gələk ona ki, bu qorxunc xəstəlikdən ümumilikə dünya üzrə nə qədər insan əziyyət çəkir. Dünya statistikasında göstərici altmış milyonu keçib. Xəstələrin cəmi qırx faizinin sağalması mümkün olur. Onun da böyük əksəriyyəti maddi durumu yaxşı olanlardır.

Diqqət edək, Azərbaycan insanı maddi olaraq hansı vəziyyətdədir?! Kasıb, son dərəcə kasıb və ehtiyac içində. Yəni demək ki, bu gün üçün xərçəng Azərbaycanda təkcə tibbi biznes və gəlir sahəsi deyil, həm də ölkənin sosial məsələdir. Nə baş verir versin, nə oyunlar qurulur, kim necə oynayır, oynasın, kimin haqlı, kimin haqsız olduğunu da bir kənara qoyaq (təbii ki, böyük gəlirlər, xərclər olan yerdə mütləq kimlərsə ədalətsizlik edir, məsələn, pulsuz dərmanlarla bağlı məsələ bu qəbildən sayıla bilər-J.M), MOM Azərbaycan üçün düppədüz sosial layihədir. İnsanların ehtiyacını qismən təmin edən, aqressivliyin qarşısında dövlət hesabına dayanan, sosial narazılıqların çoxalmasına qarşı duran sipərlərdən biridir.

İctimai yanaşsaq sosial etiraza gedən yol üstündəki ciddi qapılardan da sayıla bilər. İndi gəlin hamımız papağımızı qarşımıza qoyub düşünək: Belə qapıya qıfl vurulsa, bu nə deməkdir?!..

...Bahalı əməliyyatlar, müalicələr üçün vətəndaşlarımızın orta hesabla 80%-nin ölkədən çıxmaq imkanı yoxdur. Onlar müalicəni yerli xəstaxanalarda aparmağa məcburdurlar. Düzdür burda da müəyyən ödmələr gərəkir, amma bu məsələn, bir yapon həkimin mədə xərçəngi əməliyyatına aldığı haqdan dəfələrlər aşağıdır. Belarusda bir həkimə qaraciyər xərcəngi əməliyyatı üçün ödənilən xərcdən dəfələrlə azdır. Almaniyanın qan xərçəngi üzrə ixtisaslaşmış klinikalarına edilən ödənişlərlə müqayisəyə belə gəlmir. Hətta Kuba belə xərçəng xəstəliyi üzrə yüksək göstəricisi olan dövlətlərdən biri kimi onkoloji problemləri araşdıran və bu istiqamətdə böyük maliyyə sərf edən, gələn xəstələrdən də bir o qədər məsrəf tələb edən dövlətlərdən sayılır. Bu da bizdəki qiymətlərdən qat-qat üstündür.

Xərçəng həm də insan faiciəsi üzərində qurulan və böyük pullar qazandıran tibbi biznesdir. Tibbdə siyasətdir. O üzdən xərçəng xəstəliyi üzərində qurulan oyunlara hər yerdə, Azərbaycanda da diqqət edilməsində fayda var.

İndi tutalım bir xəstəxananı hansısa maraqlar üzündən bağladılar, getdi, noolsun?!.. Almaniya, İsrail, Yaponiya, Belarus, Kuba, yəni bu xəstəliklər üzrə ixtisaslaşmış ölkələrdən hansına yollaya bilcəyik sayı əlli minə çatan azərbaycanlı xəstələri? Bunu düşünmədən “hucum etmək” hamıya, lap elə maddi marağa görə özünə də balta çalmaq deyilmi?!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR