İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəlifənin son missiyası

4844 17.04.2018 08:10 Analitika A A

Liviyalı generalı ölməyə qoymayan hansı səbəblərdir?

Ötən həftə gündəm Suriya olduğu üçün Liviya generalı Xəlifə Həftərin ölüm xəbəri və sonradan təkzib olunması diqqətləri cəlb etmədi. Xərçəng xəstəliyindən əziyyət çəkən 75 yaşlı general 4 ildir Liviyanı birləşdirməyə, daha doğrusu, nəzarətə götürməyə çalışır. Hələliksə vəziyyət qeyri-müəyyəndir.

Əvvəl generalın ölüm xəbəri yayılsa da, sonradan təkzib olundu və hətta BMT-nin Liviya üzrə xüsusi təmsilçisi Qassan Selaminin Həftərlə telefonla danışdığı, səhhətinin normal olduğu xəbəri verildi. Amma generalın sağ olduğunu təsdiqləyən görüntü və səs yazısı yoxdur.

Liviya ilin sonunda seçkilərə gedir, Həftər isə faktiki olaraq 5 ildən çoxdur bölünmüş vəziyyətdə olan Liviyanın iki əsas vahidindən birinin silahlı gücünü təmsil edir. Bu ərəfədə onun ölümü hazırkı yaranmış nisbi balansı poza bilər. Necə deyərlər, şansdan Həftər ölmədi. Amma Həftəin yerinə namizədlər arasında mübarizə artıq başlayıb.

 

Liviya generalı Xəlifə ile ilgili görsel sonucu

Xəlifə Həftər

Xatırladaq ki, 2011-ci ilin oktyabrında Qəzzafinin ölümündən sonra Liviyada 2012-ci ildə seçkilər keçirilib. Ancaq Liviya 2014-cü ilin may ayından etibarən faktiki olaraq iki hissəyə bölünüb. Fəyyaz Saracın rəhbərlik etdiyi Milli Uzlaşma Hökuməti Liviyanın əsasən qərb ərazilərinə, o cümlədən Trablus, Misrata kimi mühüm şəhərlərinə nəzarət edir. Bu hökuməti bəzi Avropa ölkələri, o cümlədən Türkiyə və Qətər dəstəkləyir.

Ölkənin qərbinə, həmçinin cənubuna nəzarət edən, Abdullah Sininin rəhbərlik etdiyi Liviya hökuməti və ya Təmsilçilər Məclisi hökuməti isə Benqazi də daxil olmaqla şərq sahili şəhərlərinə (Dərnə istisna olmaqla – K.R.) nəzarət edir. Bu hökumət Qərb ölkələri, ABŞ, bəzi Avropa dövlətləri, o cümlədən Misir, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.

1949-cu il təvəllüdlü Xəlifə Həftər Liviya ordusunda xidmət edib. 1969-cı il çevrilişində iştirak edib. Hətta 1973-cü il İsrailə qarşı müharibədə iştirak etdiyi də iddia olunur. Ötən əsrin 80-ci illərində Liviya ordusunda Çada qarşı müharibədə iştirak edib. Həftərin Çadla müharibədə əsir alındığı və daha sonra Amerikaya mühacirət etdiyi bildirilir. General Həftər Liviyaya 20 ildən sonra - 2011-ci ildə Qəzzafi devrilib, öldürüldükdən sonra qayıdıb.

 

Liviya bayrağı ile ilgili görsel sonucu

2014-cü ildə Milli Qvardiyanın komandanı olan Həftər Liviyadakı islamçı qruplara, o cümlədən “Müsəlman Qardaşlar” təşkilatına (Liviyanın qərbindəki hökumət islamçılardır – K.R.) müharibə elan edib. Son 3 ildə ciddi uğurlar əldə edən Həftəri həm də liviyanın yeni diktatoru kimi təqdim edənlər də vardı. Ancaq hazırda Liviya bölünüb parçalanıb, üstəlik Həftərin özü siyasi hakimiyyətə yiyələnə bilməyib. Ölkə faktiki olaraq parçalanmış vəziyyətdədir.

Qeyd edək ki, 2017-ci il iyulun 25-də Fransa dövlətinin cəhdlərinin nəticəsi olaraq Parisdə Milli Uzlaşma Hökuməti ilə Xəlifə Həftər arasında 2018-ci ildə Liviyada seçkilərin keçirilməsi ilə bağlı razılaşma əldə olunub. Bir çox müşahidəçilər görə, Liviyanın qərbindəki hökumətin ötən ilin aprelində Müəmmar Qəzzafinin oğlu Seyfülislam Qəzzafini amnistiya ilə azadlığa buraxması və bu ilin əvvəlində Seyfülislamın Liviya prezidentliyinə namizəd olacağı ilə bağlı açıqlamalar Liviyada yeni siyasi vəziyyətin yaranacağının xəbərçisidir. Məlum olduğu kimi, Xəlifə Həftər ABŞ-a yaxın şəxs sayılır və məhz onun nəzarət etdiyi bölgədə Qəzzafinin oğlunun yenidən iqtidar olması ilə bağlı cəhdlər edilib və Həftər özü atəşkəsə və paralel olaraq bu ilin sonunda seçkilərin keçirilməsinə razılıq verib. Bu isə o deməkdir ki, Həftəri dəstəkləyən qüvvələr həm də bu layihəyə dəstək verir.

Seyfülislam Qəzzafi ile ilgili görsel sonucu

Seyfülislam Qəzzafi

Görünür ki, generalın ağır xəstəliyi onunla bağlı planları təxirə salıb. Çünki 3 il əvvəl genralla bağlı fərqli məlumatlar yayılırdı. Hazırda Parisdə xəstəxanada yatan generaldan dəqiq məlumat yoxdur, onun öldü xəbərini ölkənin şərqindəki qüvvələr sevinclə qarşılayıblar. Xəbərin dərhal təkzib olunması da daha çox Liviyada yarana biləcək ajiotajın qarşısını almağa xidmət edir. Əgər general Parisdə xərçəngə məğlub olarsa, o zaman Qərbin yeni Liviya layihəsi ciddi risk atlına düşə bilər.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR