İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlar hökümət adamlarından və ziyalılardan kimləri tanıyırlar? - VİDEOSORĞU

2627 02.09.2018 18:32 Reportaj A A

Texnologiyanın inkişafı ilə cəmiyyətin ictimai məlumatlara çıxışı maksimum asanlaşıb. Artıq hər kəs əlindəki telefon və ya planşetdə bir tuşa basmaqla  ölkədə və dünyada baş verənlərdən xəbərdar ola bilir.

Həmçinin insanların dövlətin idarəetməsində iştirak edən şəxslər və onların fəaliyyəti ilə bağlı məlumat almaq imkanları var. Lakin bununla yanaşı, dövlət rəsmilərini, ictimai fikir adamlarını tanımayanlar da var.

Bunların arasında gündəlik qayğılara qapılıb, cəmiyyətdən kənarda qalanlar da, boş zamanlarını şou xəbərlərə, əyləncə verilişlərinə həsr edənlər də var.

Bəs, dövlətimizin paytaxt şəhərində, idarəetmənin mərkəzində yaşayan Bakı sakinləri hökumət nümayəndələrini, cəmiyyətin ziyalılarını tanıyırlarmı?

Musavat.com bu suala aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib.

Respondentlərin əksəriyyəti suallara cavab verməkdə çətinlik çəkiblər.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Məğrur Mərd,
Elçin Əkbərov
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR