Tailandın cənubundakı Pattani əyalətində silahlı şəxslər hərbi patrula hücum edib.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki hərbçi həlak olub, dörd nəfər isə yaralanıb.
Qeyd olunur ki, hərbçilər bölgədə patrul xidməti həyata keçirərkən onlara pusqu qurulub.
Silahlıların hadisə nəticəsində itki verib-vermədiyi məlum deyil.