İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sepah-ın Azərbaycana qarşı cəhdləri olub” - iddia

2860 12.04.2019 10:30 Siyasət A A

Politoloq: “Tək bu faktın özü ABŞ-ın addımına münasibətimizi müəyyən etməlidir”

ABŞ hökuməti tarixində ilk dəfə başqa bir ölkənin rəsmi güc strukturunu - ordusunu terror təşkilatı olaraq tanıyıb. “Yeni Müsavat” yada salır ki. söhbət prezident Donald Trampın dünyanı qarışdıracaq növbəti qalmaqallı sənədə imza atmasından gedir.  Ağ Ev sahibi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı elan edib.

Trampın bu addımı Vaşinqtona dost olmayan ölkələrin ABŞ ordusu və təhlükəsizlik qüvvələrinə qarşı analoji addım ata bilmələrinə şərait yaratdığı səbəbindən ölkə daxilində sərt tənqid edilir.

ABŞ ötən ayın sonunda İran İran İslam İnqilabı Keşikçiləri Korpusunu, eləcə də Sepah-a bağlı bəzi şəxslər və qurumları qara siyahıya salmışdı.

Sepah İran silahlı qüvvələrinin ən böyük qoşunudur. Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən “Pasdaran” deyilir.

Sepah 5 may 1979-cu ildə İslam inqilabının ilk günlərində dini lider Ayətullah Xomeyni tərəfindən yaradılıb.

İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və “azğınlığın” qarşısının alınması üzrə vəzifələri həyata keçirir.

İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur.

Bəs ABŞ-la müttəfiq olan və İranın qapı qonşusu Azərbaycan bu situasiyada nə etməlidir? Rəsmi Bakının Vaşinqtonun qərarına münasibət bildirmək zərurəti varmı?

Ä°lgili resim

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, ideologiyası antiimperializm, antisionizm olan bu təşkilatın ABŞ tərəfindən terror təşkilatı elan edilməsi gözlənilən idi.

Onun sözlərinə görə, Sepah xüsusən də general Qasım Süleymaninin başçılıq etdiyi Qüds briqadası Yaxın Şərq siyasətində fəal iştirak edir: “Sepah dövlət içində dövlətdir, onun fəaliyyət coğrafiyasına Yaxın Şərqin şiə ayparasında İranın siyasi, hərbi, diplomatik, kəşfiyyat maraqlarının qorunması dayanır.

Fələstin Azadlıq Təşkilatı, Hizbullah, Mehdi ordusu, Həşdi-Şabi, Husi ordusu hamısı məhz Sepah-ın nəzarətindədir. Bu təşkilatın Yaxın Şərqdəki proseslərdəki rolunu, qüdrətini inkar etmək olmaz".

Xanım ekspertin fikrincə, Sepah-ın Xarici Kəşfiyyat Komitəsi və Xarici Əməliyyatlar Komitəsi fəaliyyət göstərir:

“Həmin strukturların Livan, Sudan İran körfəsi ölkələri, Fələstin, Almaniya, Fransa, Kanada, Braziliya, Paraqvay, Pakistan və Filippin ərazilərində də şaxələnmiş agentura şəbəkələri mövcuddur.

Sepah-ın yaxın tərəfdaşlarından biri də Ermənistan ordusudur. İşğal olunmuş Azərbaycan-İran sərhədinin 132 km.hissəsində Sepah Ermənistana qarşı indiyədək bir dəfə də olsa, təxribat etməyib, sərhədi pozmayıb. Əksinə, bir neçə dəfə Azərbaycanda konstitusiya quruluşunu dəyişmək cəhdləri edib. Tək bu faktların özü ABŞ-ın addımına bizim münasibətimizi müəyyən etməlidir. Əksinə, ABŞ Azərbaycana sərhəd təhlükəsizliyi məsələsində texnika ayırıb. Azərbaycanın burada marağı olmayan dövlət kimi rəsmi münasibət bildirməsi tələb olunmur".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR